Çoxmərkəzli şəhər modeli Bakıya nə vəd edir? Ölkə daxili 24/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Bakıda gündəlik sıxlığın əsas səbəblərindən biri də şəhər həyatının böyük hissəsinin kiçik bir mərkəzi ərazidə cəmlənməsidir. İş yerləri, dövlət və özəl qurumlar, banklar, maliyyə mərkəzləri, təhsil müəssisələri, iri ticarət və istirahət məkanları əsasən eyni istiqamətdə toplandığı üçün paytaxtın mərkəzi hissəsinə gündəlik axın artır. Mütəxəssis Firdovsi Xəlilovun fikrincə, yeni Baş Planda nəzərdə tutulan çoxmərkəzli inkişaf modeli bu baxımdan vacib yanaşmadır. Bu model şəhərin tək bir mərkəz üzərindən deyil, müxtəlif istiqamətlərdə formalaşan ayrı-ayrı funksional mərkəzlər hesabına inkişafını nəzərdə tutur.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Çoxmərkəzli şəhər layihəsinin icrası ilə vətəndaş işə, xidmətə, istirahətə və ya gündəlik ehtiyaclara görə mütləq şəhərin əsas mərkəzinə getməyə məcbur qalmayacaq. Bu yanaşma tətbiq edilərsə, mərkəzə yönələn nəqliyyat axını azala, tıxaclar nisbətən yüngülləşə, şəhərin kənar və orta zonaları isə daha aktiv yaşayış və iş məkanına çevrilə bilər. Ekspertlər bildirirlər ki, bu model dünyanın böyük şəhərlərində də tətbiq olunur. Məqsəd şəhəri bir nöqtədən asılı vəziyyətdə saxlamaq yox, fərqli əraziləri ayrıca mərkəzlərə çevirməkdir. MənbəXezerxeber.az TaglarBakının Baş Planı Son xəbərlər Ölkə daxili Sabahın havası açıqlanıb 24/05/2026 Avto xəbərlər Avtomobil bazarında yeni böhran: mühərrik yağlara limit qoyuldu 24/05/2026 Ölkə xarici Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ziyan dəyib 24/05/2026 Ölkə xarici Paşinyan Axalkalaki–Qars dəmir yolunun açıldığını bildirib 24/05/2026 Digər xəbərlər Ölkə daxili Sabahın havası açıqlanıb 24/05/2026 Avto xəbərlər Avtomobil bazarında yeni böhran: mühərrik yağlara limit qoyuldu 24/05/2026 Ölkə xarici Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ziyan dəyib 24/05/2026 Ölkə xarici Paşinyan Axalkalaki–Qars dəmir yolunun açıldığını bildirib 24/05/2026