KİV: ABŞ İran neftinə qoyulmuş sanksiyaları dayandırmaq öhdəliyi götürür Neft və Qaz 24/05/2026 Paylaş FacebookXWhatsAppTelegram ABŞ İranla anlaşma memorandumu layihəsinin bəndlərinə əsasən, İran neftinin ticarətinə qoyulan sanksiyaları müvəqqəti olaraq ləğv etmək öhdəliyi götürür. Bu barədə “Tasnim” agentliyinin məlumatında bildirilib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Agentliyin məlumatına görə, Vaşinqton danışıqlar müddətində müvafiq sanksiyaları donduracaq. Agentlik, həmçinin sazişə doğru ilk addım kimi İranın aktivlərinin bir hissəsinin blokdan çıxarılmasının zəruriliyini qeyd edib. Eyni zamanda vurğulanır ki, sənəd imzalanacağı təqdirdə, Hörmüz boğazında gəmilərin hərəkəti ABŞ-nin memorandum üzrə öhdəliklərini yerinə yetirməsindən asılı olacaq. “Tasnim”in məlumatına görə, saziş layihəsinin mətnində Hörmüz boğazının müharibədən əvvəlki vəziyyətinə qaytarılmasından deyil, “keçən gəmilərin sayının 30 gün ərzində müharibədən əvvəlki səviyyəyə qaytarılması” imkanından bəhs edilir. MənbəOXU.AZ TaglarABŞ-İranİran neftisanksiya Son xəbərlər Nəqliyyat Sürücülərin nəzərinə: Əsas magistral yollardan birinin bərpasına başlanıldı 24/05/2026 Nəqliyyat Bakıda tıxacın azaldılması üçün yeni üsul 24/05/2026 Ölkə xarici Tramp: Bəlkə İran da İbrahim razılaşmasına qoşulmaq istəyər 24/05/2026 Ölkə xarici Paşinyan Ermənistanı Türkiyə ilə birləşdirəcək dəmir yolunun bərpasına başlanılacağını açıqlayıb 24/05/2026 Digər xəbərlər Nəqliyyat Sürücülərin nəzərinə: Əsas magistral yollardan birinin bərpasına başlanıldı 24/05/2026 Nəqliyyat Bakıda tıxacın azaldılması üçün yeni üsul 24/05/2026 Ölkə xarici Tramp: Bəlkə İran da İbrahim razılaşmasına qoşulmaq istəyər 24/05/2026 Ölkə xarici Paşinyan Ermənistanı Türkiyə ilə birləşdirəcək dəmir yolunun bərpasına başlanılacağını açıqlayıb 24/05/2026