“PAŞA Kapital İnvestisiya Şirkəti”nin bölüşdürülməmiş mənfəəti 18 milyon manata yaxınlaşdı İnvestisiya 25/05/2026 Paylaş FacebookXWhatsAppTelegram “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC 2025-ci ili 2 milyon 542 min manat mənfəətlə başa vurub. 2024-cü ildə 2 milyon 251 min manat mənfəət edib ki, bu da illik müqayisədə 13% artımdır. Banker.az bu barədə investisiya şirkətinin maliyyə hesabatına istinadən xəbər verir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin 2025-ci ildə şirkətin investisiya qiymətli kağızlarından əldə etdiyi faiz gəlirləri 2 milyon 36 min manat, pul vəsaitləri və qısamüddətli aktivlərdən gəlirləri isə 1 milyon 608 min manat təşkil etmişdir; beləliklə, effektiv faiz dərəcəsi ilə hesablanmış cəmi faiz gəlirləri 3 milyon 644 min manat olaraq rəsmiləşmişdir. Şirkətin aktivlərinin və kapitalının həcmində də artım qeydə alınıb. Belə ki, cəmi aktivlər 1.1% artımla 64 milyon 782 min manata, cəmi kapital isə 13% artaraq 18 milyon 664 min manata çatıb. Bölüşdürülməmiş mənfəət 16.5% yüksələrək 17 milyon 979 min manat təşkil edib. Xatırladaq ki, “PAŞA Kapital” 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. İnvestisiya şirkətinin səhmləri 100% daxil olduğu “PAŞA Holdinq” MMC-yə məxsusdur. Taglar2025-ci il maliyyə hesabatıPaşa Kapital Son xəbərlər Əsas məlumatlar SpaceX-in az tanınan rəqibinin səhmləri necə 6000% bahalaşdı? 25/05/2026 İnvestisiya “İnvestAZ” İnvestisiya Şirkəti ötən ili 1.6 mln. manat xalis mənfəət əldə edib 25/05/2026 Xarici xəbərlər Kanadada nəhəng “ağ hidrogen” yatağı aşkarlanıb: bu kəşf qlobal enerji bazarını dəyişə bilər 25/05/2026 Valyuta Mərkəzi Bankın rəsmi valyuta məzənnələri – 25.05.2026 25/05/2026 Digər xəbərlər Əsas məlumatlar SpaceX-in az tanınan rəqibinin səhmləri necə 6000% bahalaşdı? 25/05/2026 İnvestisiya “İnvestAZ” İnvestisiya Şirkəti ötən ili 1.6 mln. manat xalis mənfəət əldə edib 25/05/2026 Xarici xəbərlər Kanadada nəhəng “ağ hidrogen” yatağı aşkarlanıb: bu kəşf qlobal enerji bazarını dəyişə bilər 25/05/2026 Valyuta Mərkəzi Bankın rəsmi valyuta məzənnələri – 25.05.2026 25/05/2026