Tramp ərəb ölkələrinin liderlərini “İbrahim sazişi”nə qoşulmağa çağırıb Ölkə xarici 25/05/2026 Paylaş FacebookXWhatsAppTelegram ABŞ prezidenti Donald Tramp bir neçə ərəb və digər müsəlman ölkələrinin rəhbərləri ilə telefon danışıqları zamanı onların “İbrahim sazişi”nə qoşulmasında israr edib. Bu barədə mənbəyə istinadən “Axios” məlumat yayıb. Tramp Yaxın Şərqdə müharibə başa çatdıqdan sonra həmin sənədi imzalamağı xahiş edib. Prezident bildirib ki, o, ərəb dünyası ilə İsrail arasında münasibətlərin normallaşacağına ümid edir. Trampın bu müraciəti etdiyi ölkələr arasında İsraillə rəsmi diplomatik münasibətləri olmayan Səudiyyə Ərəbistanı, Qətər və Pakistan, həmçinin Türkiyə, Misir, İordaniya və Bəhreyn nümayəndələri də olub. Amerikalı rəsmilərdən birinin sözlərinə görə, Trampın müraciətindən sonra telefon xəttində sükut yaranıb. Tramp zarafatla həmsöhbətlərindən xəttdə qalıb-qalmadıqlarını soruşub, daha sonra isə bildirib ki, yaxın həftələrdə bu məsələ ilə nümayəndələri Cared Kuşner və Stiv Uitkoff məşğul olacaq.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Donald Tramp ötən ilin noyabrında Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmandan birbaşa şəkildə sazişi imzalamağı xahiş etmişdi. Bundan əvvəl şahzadə İsraillə münasibətləri normallaşdırmağa hazır olduğunu bildirsə də, həmin görüşdə prezidentə imtina cavabı verib. Axios yazır ki, İranla müharibə və krallığın BƏƏ ilə fikir ayrılıqları Ər-Riyadı İsrailin ifrat sağçı hökumətinə qarşı daha sərt mövqe tutmağa vadar edib. TaglarDonald Trampİbrahim Sazişləri Son xəbərlər Qeyri-bank kredit təşkilatları “FNC BOKT” QSC-dən ASC-yə çevrildi 25/05/2026 İnvestisiya “PAŞA Kapital İnvestisiya Şirkəti”nin bölüşdürülməmiş mənfəəti 18 milyon manata yaxınlaşdı 25/05/2026 Əsas məlumatlar SpaceX-in az tanınan rəqibinin səhmləri necə 6000% bahalaşdı? 25/05/2026 İnvestisiya “İnvestAZ” İnvestisiya Şirkəti ötən ili 1.6 mln. manat xalis mənfəət əldə edib 25/05/2026 Digər xəbərlər Qeyri-bank kredit təşkilatları “FNC BOKT” QSC-dən ASC-yə çevrildi 25/05/2026 İnvestisiya “PAŞA Kapital İnvestisiya Şirkəti”nin bölüşdürülməmiş mənfəəti 18 milyon manata yaxınlaşdı 25/05/2026 Əsas məlumatlar SpaceX-in az tanınan rəqibinin səhmləri necə 6000% bahalaşdı? 25/05/2026 İnvestisiya “İnvestAZ” İnvestisiya Şirkəti ötən ili 1.6 mln. manat xalis mənfəət əldə edib 25/05/2026