Yelo Bank gənclərin böyük marağını nəzərə alaraq “Summer Challenge 2026” proqramına qeydiyyatı uzatdı! Bank xəbərləri 25/05/2026 Paylaş FacebookXWhatsAppTelegram ®Yelo Bank-ın karyera qurmaq istəyən dinamik gənclər üçün elan etdiyi “Summer Challenge 2026” təcrübə proqramı start verdiyi ilk gündən tələbə və yeni məzunlar tərəfindən böyük maraqla qarşılanıb. Gənclərdən gələn çoxsaylı müraciətləri və aktivliyi nəzərə alaraq, Bank qeydiyyat müddətini uzatmaq qərarına gəlib. Beləliklə, layihəyə qoşulmaq istəyən gənclər 31 may 2026-cı il tarixinədək müraciət edə bilərlər. Xatırladaq ki, 3 ay davam edəcək bu proqram gənclərə müasir bankçılıq mühitində real iş təcrübəsi qazanmaq, peşəkar mentorlardan öyrənmək və gələcək karyerasını Yelo komandasının bir üzvü kimi davam etdirmək şansı verir. İştirakçılar öz bacarıqlarına uyğun olaraq İnsan Resursları, Satış, Maliyyə və Mühasibatlıq, Proqramlaşdırma, İnformasiya Texnologiyaları, Brendin İdarəedilməsi və Bankın xidmət şəbəkəsində təcrübə keçəcəklər.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Proqramda iştirak etmək və bu yayını həm əyləncəli, həm də karyerası üçün səmərəli keçirmək istəyən namizədlər 3 qısa sualı cavablandıran 60-90 saniyəlik motivasiya videosu çəkməli və qeydiyyat formasını doldurmalıdırlar. Seçim zamanı özünü səmimi ifadə edən və tapşırığa yaradıcı yanaşan gənclərə üstünlük veriləcək. Bank-ın təqdim etdiyi bu parlaq başlanğıcı qaçırmamaq və “Summer Challenge” ailəsinə qoşulmaq üçün son tarix 31 maydır. Müraciət üçün indi tam zamanıdır: https://ylb.az/summerch2026. Banklarda vakansiya ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin. Yelo Bank – Parlaq bankçılıq! TaglarYelo Bank Son xəbərlər Ölkə daxili Bəqai: İran XİN yol qəzasında həlak olan diplomatın nəşinin göndərilməsi üçün Azərbaycan səfirliyi ilə təmasdadır 25/05/2026 Bank xəbərləri “PAŞA Bank” 2025-cı ilin illik maliyyə nəticələrini açıqlayıb 25/05/2026 Bank xəbərləri Bankların komissiyadan gəlirləri 144 milyon manatı ötdü 25/05/2026 Ölkə daxili Prezidentin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026 Digər xəbərlər Ölkə daxili Bəqai: İran XİN yol qəzasında həlak olan diplomatın nəşinin göndərilməsi üçün Azərbaycan səfirliyi ilə təmasdadır 25/05/2026 Bank xəbərləri “PAŞA Bank” 2025-cı ilin illik maliyyə nəticələrini açıqlayıb 25/05/2026 Bank xəbərləri Bankların komissiyadan gəlirləri 144 milyon manatı ötdü 25/05/2026 Ölkə daxili Prezidentin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026