“Eurohome” tikinti materiallarının satışı bazarınının fəaliyyəti dayandırılıb – VİDEO Ölkə daxili 25/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 2 ünvanında yerləşən “Eurohome” tikinti materiallarının satışı bazarında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib. Banker.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Məlum olub ki, elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən yanğın təhlükəsi törədə bilən keçirici müqavimətin əmələ gəlməməsi üçün kabel və naqillərin birləşmə sahələri və sonluqları xüsusi sıxaclarla və ya qaynaq yolu ilə bərkidilməyib, izolyasiyası zədələnmiş nasaz elektrik avadanlıqlarından istifadə olunur və elektrik naqilləri yanar materialların üzəri ilə çəkilib; obyekt avtomatik yanğın xəbərverici siqnalizasiya sistemi ilə tam təmin edilməyib, mövcud qurğu isə nasaz vəziyyətdədir; obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib; bəzi divar və tavan hissələri yanar material olan lambirlə üzlənilib, taxta konstruksiyalara isə odadavamlı məhlul hopdurulmayıb; obyektin ərazisi yanar tullantılardan təmizlənməyib; insanların təxliyəsi üçün “Çıxış” sözü yazılmış işıqlı göstəricilər quraşdırılmayıb; obyektin əsaslı təmiri, yenidən qurulması və genişləndirilməsi zamanı tikinti layihə sənədləri Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb. Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş, “Eurohome” tikinti materiallarının satışı bazarınının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub. TaglarEurohome Son xəbərlər İnvestisiya InvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz 25/05/2026 Bank xəbərləri Azərbaycan banklarının kredit gəlirləri 1.5 milyard manata yaxınlaşır 25/05/2026 Avto xəbərlər “Toyota” ABŞ-nin İranla müharibəsi səbəbindən avtomobil istehsalını 83 min ədəd azaldır 25/05/2026 Bank xəbərləri Expressbank region sahibkarları üçün növbəti “Maliyyə savadlılığı” təlimi keçirib 25/05/2026 Digər xəbərlər İnvestisiya InvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz 25/05/2026 Bank xəbərləri Azərbaycan banklarının kredit gəlirləri 1.5 milyard manata yaxınlaşır 25/05/2026 Avto xəbərlər “Toyota” ABŞ-nin İranla müharibəsi səbəbindən avtomobil istehsalını 83 min ədəd azaldır 25/05/2026 Bank xəbərləri Expressbank region sahibkarları üçün növbəti “Maliyyə savadlılığı” təlimi keçirib 25/05/2026