Bakı–Tbilisi qatarına minik üçün bu sənədlər tələb olunur Nəqliyyat 25/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Bakı-Tbilisi qatarına minik üçün biletlə yanaşı başqa sənədlərin təqdim olunması mütləqdir. Bu barədə “Azərbaycan Dəmir Yolları”na QSC (ADY) istinadən xəbər verir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Məlumata əsasən, bu sənədlərə ümumvətəndaş pasportunun əsli (mygov-dan əldə edilmiş rəqəmsal versiya keçərli deyil), Gürcüstan tərəfinin tələblərinə uyğun olaraq sağlamlıq sığortası, 5 yaşadək bir uşaqla səfər üçün onun adına rəsmiləşdirilmiş pulsuz bilet, bir valideynlə səfər edən uşaq (-lar) üçün digər valideynin və ya başqa bir böyüklə (valideynsiz) səfər edən uşaq (-lar) üçün hər iki valideynin ayrı-ayrılıqda notarial qaydada təsdiqlənmiş etibarnaməsi daxildir. “Qatara sürətli və rahat keçid üçün qeyd olunan sənədləri özünüzlə götürməyi unutmayın. Bu gün saat 23:10-da Bakı-Tbilisi qatarı ilk səfərinin həyata keçirəcək. Hər bir sərnişinimizə uğurlu yollar arzu edirik!”, – ADY-dən bildirilib. Son xəbərlər İnvestisiya InvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz 25/05/2026 Bank xəbərləri Azərbaycan banklarının kredit gəlirləri 1.5 milyard manata yaxınlaşır 25/05/2026 Ölkə daxili “Eurohome” tikinti materiallarının satışı bazarınının fəaliyyəti dayandırılıb – VİDEO 25/05/2026 Avto xəbərlər “Toyota” ABŞ-nin İranla müharibəsi səbəbindən avtomobil istehsalını 83 min ədəd azaldır 25/05/2026 Digər xəbərlər İnvestisiya InvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz 25/05/2026 Bank xəbərləri Azərbaycan banklarının kredit gəlirləri 1.5 milyard manata yaxınlaşır 25/05/2026 Ölkə daxili “Eurohome” tikinti materiallarının satışı bazarınının fəaliyyəti dayandırılıb – VİDEO 25/05/2026 Avto xəbərlər “Toyota” ABŞ-nin İranla müharibəsi səbəbindən avtomobil istehsalını 83 min ədəd azaldır 25/05/2026