Qlobal LNG idxalı 2023-cü ilin sentyabrından bəri minimuma enib Neft və Qaz 25/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Qətər və BƏƏ-dən tədarükdəki fasilələr mayeləşdirilmiş təbii qazın (LNG) qlobal idxalına təsir göstərməyə davam edir. Bu barədə Qaz İxrac edən Ölkələr Forumunun (GECF) may hesabatında bildirilir. 2026-cı ilin aprelində göstərici illik müqayisədə 10% azalaraq 31,5 milyon tona düşüb. Sonuncu dəfə belə göstərici 2023-cü ilin sentyabrında qeydə alınmışdı. Təşkilatın məlumatına görə, ən böyük zərəri Asiya bazarı görüb — regionda LNG idxalı 13% azalaraq 2020-ci ilin aprel səviyyəsinə yaxınlaşıb. Avropada isə azalma daha mülayim olub — illik ifadədə 7,5%. Təşkilatda qeyd ediblər ki, Avropa İttifaqı ölkələri ABŞ-dən LNG almağa davam etdikləri üçün Qətər və BƏƏ tədarüklərindən daha az asılı olublar.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə ABŞ-nin Enerji İqtisadiyyatı və Maliyyə Təhlili İnstitutu (IEEFA) tərəfindən yayımlanan son hesabatda bildirilib ki, davam edən enerji böhranı fonunda Avropa ölkələrinin LNG tədarükündən asılılığı artır. İnstitut proqnozlaşdırır ki, artıq bu il ABŞ LNG ixracına görə Norveçi geridə qoyaraq birinci yerə yüksələcək. Eyni zamanda, Aİ Rusiyadan qaz alışını da artırıb — 2026-cı ilin ilk rübündə idxal 2025-ci ilin analoji dövrü ilə müqayisədə 16% yüksəlib. TaglarLNG Son xəbərlər İnvestisiya InvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz 25/05/2026 Bank xəbərləri Azərbaycan banklarının kredit gəlirləri 1.5 milyard manata yaxınlaşır 25/05/2026 Ölkə daxili “Eurohome” tikinti materiallarının satışı bazarınının fəaliyyəti dayandırılıb – VİDEO 25/05/2026 Avto xəbərlər “Toyota” ABŞ-nin İranla müharibəsi səbəbindən avtomobil istehsalını 83 min ədəd azaldır 25/05/2026 Digər xəbərlər İnvestisiya InvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz 25/05/2026 Bank xəbərləri Azərbaycan banklarının kredit gəlirləri 1.5 milyard manata yaxınlaşır 25/05/2026 Ölkə daxili “Eurohome” tikinti materiallarının satışı bazarınının fəaliyyəti dayandırılıb – VİDEO 25/05/2026 Avto xəbərlər “Toyota” ABŞ-nin İranla müharibəsi səbəbindən avtomobil istehsalını 83 min ədəd azaldır 25/05/2026