Prezident: Kənd təsərrüfatı proqramına 2 milyard manatdan çox vəsait lazım olacaq Ümumi iqtisadi xəbərlər 25/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycan ət, süd, quş əti ilə 100 % özünü təmin etməlidir. Banker.az xəbər verir ki, bunu Prezident İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə deyib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Prezident qeyd edib ki, rəqəmlər təqribən 80-90 % səviyyəsindədir: “Bunu 100 faizə çatdırmaq üçün mən hesab edirəm ki, imkanlar var və bu proqram qeyd etdiyim kimi, qısamüddətli olmalıdır, 2026-2030-cu illəri əhatə edəcək. Nəzərə alsaq ki, 2026-cı ilin demək olar ki, yarısı artıq arxada qalır, bu proqramın icrası üçün cəmi dörd il yarım qalır. Buna görə dövlət xətti ilə proqramın maliyyələşdirilməsi üçün vəsait bu il ayrılmalıdır”. İlham Əliyev hökumətə tapşırıb ki, vəsait tapılsın və özəl sektorla da müxtəlif qurumlar, təbii ki, Kənd Təsərrüfatı Nazirliyi, Hökumət, ondan sonra Prezident Administrasiyası, İqtisadiyyat Nazirliyi, digər qurumlar fəal işləməlidirlər: “Təxmini hesablamalar aparılıb. Əlbəttə ki, indidən bunu demək çox çətindir. Amma təxmini hesablamalar göstərir ki, dövlət xətti ilə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün 2 milyard manatdan çox vəsait lazım olacaq, özəl sektorun payı isə təqribən 3 milyard manatdan çox olacaq. Çox böyük rəqəmdir. Xüsusilə nəzərə alsaq ki, cəmi dörd il yarım ərzində bunu biz həyata keçirməliyik, ona görə proqram qəbul ediləndən dərhal sonra biz işlərə başlamalıyıq”. Son xəbərlər Texnologiya xəbərləri “Anthropic”in həmtəsisçisi: Süni intellekt insan əməyini “nəhəng miqyasda” əvəz edə bilər 25/05/2026 Ümumi iqtisadi xəbərlər Dövlət başçısı: 10 su anbarının yenidən qurulması layihəsi icra edilir 25/05/2026 Ümumi iqtisadi xəbərlər İlham Əliyev: Azərbaycan özünü mal əti ilə 84 % təmin edir 25/05/2026 Qeyri-bank kredit təşkilatları Azəri Star Mikromaliyyə BOKT MMC — sürətli böyümə, güclü kapital, parlaq perspektiv 25/05/2026 Digər xəbərlər Texnologiya xəbərləri “Anthropic”in həmtəsisçisi: Süni intellekt insan əməyini “nəhəng miqyasda” əvəz edə bilər 25/05/2026 Ümumi iqtisadi xəbərlər Dövlət başçısı: 10 su anbarının yenidən qurulması layihəsi icra edilir 25/05/2026 Ümumi iqtisadi xəbərlər İlham Əliyev: Azərbaycan özünü mal əti ilə 84 % təmin edir 25/05/2026 Qeyri-bank kredit təşkilatları Azəri Star Mikromaliyyə BOKT MMC — sürətli böyümə, güclü kapital, parlaq perspektiv 25/05/2026