Bakı metropolitenində hərəkət qrafiki dəyişdiriləcək Nəqliyyat 25/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar mayın 27-31-də Bakı metropolitenində qatarların hərəkət qrafiki dəyişdiriləcək. Bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Məlumata görə, zəruri ehtiyat tədbirlər nəzərə alınmaqla, qeyd edilən tarixlərdə “28 May-Əhmədli” və əksinə istiqamətdə interval 2 dəqiqə 30 saniyə, “Həzi Aslanov-Əhmədli” sahəsində 7 dəqiqə təşkil edəcək. Bənövşəyi xətdə qatarların hərəkəti şənbə-bazar günlərinin qrafiki üzrə təşkil olunacaq. “Cəfər Cabbarlı-Xətai” sahəsində mövcud hərəkət cədvəli qüvvədə qalacaq. “Bakmil” istiqamətində və əksinə qatarların hərəkəti şənbə günü qrafiki ilə tənzimlənəcək. Stansiyalarda ümumi nəzarət mexanizmləri artırılacaq, növbətçilik cədvəli əsasında işçi qüvvəsi ayrılacaq. Ehtiyat qatarlar ehtiyac yaranacağı təqdirdə xəttə buraxılması üçün hazır vəziyyətdə saxlanılacaq. TaglarBakı Metropoliteni Son xəbərlər Bank xəbərləri Bayram günlərində işləyən bankların SİYAHISI 25/05/2026 Yerli biznes xəbərləri “MET-AK” Sumqayıtda qida qablaşdırma altlığı istehsal edəcək – 16.3 milyonluq layihə 25/05/2026 Texnologiya xəbərləri “Anthropic”in həmtəsisçisi: Süni intellekt insan əməyini “nəhəng miqyasda” əvəz edə bilər 25/05/2026 Ümumi iqtisadi xəbərlər Prezident: Kənd təsərrüfatı proqramına 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026 Digər xəbərlər Bank xəbərləri Bayram günlərində işləyən bankların SİYAHISI 25/05/2026 Yerli biznes xəbərləri “MET-AK” Sumqayıtda qida qablaşdırma altlığı istehsal edəcək – 16.3 milyonluq layihə 25/05/2026 Texnologiya xəbərləri “Anthropic”in həmtəsisçisi: Süni intellekt insan əməyini “nəhəng miqyasda” əvəz edə bilər 25/05/2026 Ümumi iqtisadi xəbərlər Prezident: Kənd təsərrüfatı proqramına 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026