“Anthropic”in həmtəsisçisi: Süni intellekt insan əməyini “nəhəng miqyasda” əvəz edə bilər Texnologiya xəbərləri 25/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Süni intellekt insan əməyini “nəhəng miqyasda” sıxışdırıb çıxara bilər və onun əvəz etdiyi insanlara dəstək göstərmək başqalarının “tarixi miqyasda mənəvi borcu” olacaq. Bu fikri Amerikanın “Anthropic” şirkətinin həmtəsisçisi Kristofer Ola bildirib. “Real ehtimal var ki, süni intellekt insan əməyini nəhəng miqyasda əvəz etsin. Əgər bu baş verərsə, işi süni intellekt tərəfindən əvəz olunan insanlara dəstək göstərmək tarixi miqyasda mənəvi borca çevriləcək”, — deyə o, Roma Papası XIV Leonun süni intellektə həsr olunmuş ilk ensiklikasının təqdimatı zamanı bildirib. Tədbirin canlı yayımı “Vatican News” portalında aparılıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Sahibkarın fikrincə, problemin daha da dərinləşməsinə səbəb süni intellektin inkişafının yalnız bir neçə zəngin ölkədə cəmlənməsidir. O hesab edir ki, hazırda süni intellekt sahəsində əldə olunan nailiyyətlərin qlobal şəkildə yayılmasını təmin edəcək mexanizm mövcud deyil. “International Labour Organization” 2025-ci il hesabatında hesablayıb ki, generativ süni intellekt əmək bazarını dəyişdirəcək, iş yerlərinin 25%-ni transformasiya edəcək və istehsal səmərəliliyinin artmasına töhfə verəcək. Ən böyük təsirin isə “generativ süni intellektin bir çox tapşırığı avtomatlaşdırmaq nəzəri imkanına görə” ofis işçilərinə dəyəcəyi qeyd olunub. TaglarAnthropicsüni intellekt Son xəbərlər Menecement (təyinatlar) Dövlət Sosial Müdafiə Fondunda yeni təyinat 25/05/2026 Digər xəbərlər AccessBank, AmCham Azerbaijan və Neurotime süni intellekt hakatonunun qaliblərini elan etdilər 25/05/2026 Bank xəbərləri Mərkəzi Bank xüsusi tənzimləmə rejimi üzrə yeni müraciət dövrünü elan edir 25/05/2026 Neft və Qaz Brent neftinin qiyməti mayın 11-dən bəri ilk dəfə 97 dollardan aşağı düşüb 25/05/2026 Digər xəbərlər Menecement (təyinatlar) Dövlət Sosial Müdafiə Fondunda yeni təyinat 25/05/2026 Digər xəbərlər AccessBank, AmCham Azerbaijan və Neurotime süni intellekt hakatonunun qaliblərini elan etdilər 25/05/2026 Bank xəbərləri Mərkəzi Bank xüsusi tənzimləmə rejimi üzrə yeni müraciət dövrünü elan edir 25/05/2026 Neft və Qaz Brent neftinin qiyməti mayın 11-dən bəri ilk dəfə 97 dollardan aşağı düşüb 25/05/2026