Dövlət Sosial Müdafiə Fondunda yeni təyinat Menecement (təyinatlar) 25/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda yeni təyinat olub. Banker.az xəbər verir ki, Qurbanov Fərhad Talıb oğlu 2026-cı ilin may ayından etibarən Dövlət Sosial Müdafiə Fondunun Aparatının Fərdi uçota nəzarət, sosial sığorta və icbari sığorta departamentinin müdiri vəzifəsinə təyin olunub.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə 2020–2025-ci illərdə Dövlət Sosial Müdafiə Fondunun Aparatının Fərdi uçota nəzarət və sosial sığorta departamentinin Sosial sığorta şöbəsinin müdiri, 2026-cı ilin yanvar ayından etibarən Fərdi uçota nəzarət, sosial sığorta və icbari sığorta departamentinin müdir müavini vəzifələrində fəaliyyətini davam etdirib. 1992–1997-ci illərdə Azərbaycan Texniki Universitetində Nəqliyyatın iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə bakalavr dərəcəsi qazanıb. 1997-ci ildə NORD Elmi-İstehsalat Birliyində mühəndis-iqtisadçı kimi əmək fəaliyyətinə başlayıb, müxtəlif vəzifələrdə uğurlu fəaliyyət göstərib. 1997–2000-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib, ehtiyatda olan zabitdir. 2001-ci ildən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda müxtəlif vəzifələrdə çalışıb. 2001–2005-ci illərdə Suraxanı rayon şöbəsinin Gəlirlər sektorunda müfəttiş, 2005–2019-cu illərdə Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş departamentinin Proqnoz, uçot və təhlil sektorunda aparıcı məsləhətçi, 2019–2020-ci illərdə Bakı şəhər İdarəsinin Sosial müavinətlər sektorunda aparıcı məsləhətçi, daha sonra Fondun Aparatının Fərdi uçota nəzarət və sosial sığorta şöbəsinin Sosial sığorta sektorunda məsləhətçi vəzifəsində çalışıb. TaglarDövlət Sosial Müdafiə FonduQurbanov Fərhad Son xəbərlər Yerli biznes xəbərləri İri kosmetika şirkəti “Gazelli Group”dan yeni ayrılma: Fabrik şirkətdən ayrılır 25/05/2026 Bank xəbərləri Rabitəbank maliyyə savadlılığı layihəsi çərçivəsində regionlarda sahibkarlığın inkişafına dəstəyini davam etdirir 25/05/2026 Digər xəbərlər AccessBank, AmCham Azerbaijan və Neurotime süni intellekt hakatonunun qaliblərini elan etdilər 25/05/2026 Bank xəbərləri Mərkəzi Bank xüsusi tənzimləmə rejimi üzrə yeni müraciət dövrünü elan edir 25/05/2026 Digər xəbərlər Yerli biznes xəbərləri İri kosmetika şirkəti “Gazelli Group”dan yeni ayrılma: Fabrik şirkətdən ayrılır 25/05/2026 Bank xəbərləri Rabitəbank maliyyə savadlılığı layihəsi çərçivəsində regionlarda sahibkarlığın inkişafına dəstəyini davam etdirir 25/05/2026 Digər xəbərlər AccessBank, AmCham Azerbaijan və Neurotime süni intellekt hakatonunun qaliblərini elan etdilər 25/05/2026 Bank xəbərləri Mərkəzi Bank xüsusi tənzimləmə rejimi üzrə yeni müraciət dövrünü elan edir 25/05/2026