AccessBank, AmCham Azerbaijan və Neurotime süni intellekt hakatonunun qaliblərini elan etdilər Digər xəbərlər 25/05/2026 Paylaş FacebookXWhatsAppTelegram ®Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham Azerbaijan) təşkilatçılığı, AccessBank və Neurotime tərəfdaşlığı ilə keçirilən “Building with AI: From Idea to Working Product” birgünlük innovasiya hakatonu uğurla başa çatıb. 23 may 2026-cı il tarixində keçirilən hakatona iştirak üçün 600-dən çox müraciət daxil olub. Müraciətlər arasından seçilən 60 iştirakçı süni intellekt texnologiyalarından istifadə etməklə öz ideyalarını qısa müddət ərzində işlək məhsul və prototiplərə çevirmək imkanı əldə edib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Hakaton çərçivəsində iştirakçılar komandalar şəklində çalışaraq ChatGPT, Claude, Cursor, Lovable, Replit, Zapier, müxtəlif API-lər və digər müasir AI platformalarından istifadə etməklə innovativ həllər hazırlayıb və günün sonunda münsiflər heyəti qarşısında təqdim ediblər. Komandalar proses boyunca təcrübəli mentorların dəstəyi ilə təmin olunub. Münsiflər heyətinin qiymətləndirməsinə əsasən hakatonun qalibləri aşağıdakı komandalar olub: I yer — Rufina Rəhimli, İbrahim Hüseynov, Nuray Qasımzadə II yer — Emil Qallacov, Məhəmməd Babayev III yer —Elçin Yusubov, İmran Hacıyev, Hüseyn Həsənzadə Qeyd edək ki, “Building with AI: From Idea to Working Product” hakatonunun ümumi mükafat fondu 5 000 AZN təşkil edib. Qaliblərə aşağıdakı məbləğlərdə pul mükafatları təqdim olunub: I yer — 2 500 AZN II yer — 1 500 AZN III yer — 1 000 AZN Hakatonun əsas məqsədi Azərbaycanda süni intellekt və innovasiya ekosisteminin inkişafına töhfə vermək, gənclərin və texnologiya həvəskarlarının praktiki bacarıqlarını artırmaq, eləcə də innovativ məhsulların yaranmasını təşviq etmək olub. Tədbir iştirakçılar üçün həm öyrənmək, həm də şəbəkələşmək baxımından mühüm platforma rolunu oynayıb. TaglarAccessBank Son xəbərlər Yerli biznes xəbərləri İri kosmetika şirkəti “Gazelli Group”dan yeni ayrılma: Fabrik şirkətdən ayrılır 25/05/2026 Bank xəbərləri Rabitəbank maliyyə savadlılığı layihəsi çərçivəsində regionlarda sahibkarlığın inkişafına dəstəyini davam etdirir 25/05/2026 Menecement (təyinatlar) Dövlət Sosial Müdafiə Fondunda yeni təyinat 25/05/2026 Bank xəbərləri Mərkəzi Bank xüsusi tənzimləmə rejimi üzrə yeni müraciət dövrünü elan edir 25/05/2026 Digər xəbərlər Yerli biznes xəbərləri İri kosmetika şirkəti “Gazelli Group”dan yeni ayrılma: Fabrik şirkətdən ayrılır 25/05/2026 Bank xəbərləri Rabitəbank maliyyə savadlılığı layihəsi çərçivəsində regionlarda sahibkarlığın inkişafına dəstəyini davam etdirir 25/05/2026 Menecement (təyinatlar) Dövlət Sosial Müdafiə Fondunda yeni təyinat 25/05/2026 Bank xəbərləri Mərkəzi Bank xüsusi tənzimləmə rejimi üzrə yeni müraciət dövrünü elan edir 25/05/2026