Boliviya prezidenti Rodrigo Paz bazar ertəsi günü maaşını 50% azaldacağını bildirib. Sucre şəhərində rəsmi mərasimdə çıxış edən Paz , nazirlər kabinetinin üzvlərinin də “ölkəyə sadiqliklərini” göstərmək üçün əməkhaqlarını yarıya endirəcəklərini elan edib. Əməkhaqqı azalmaları Boliviya da siyasi və sosial iğtişaşların dördüncü həftəsinə qədəm qoyduğu bir vaxta təsadüf edir. Etirazlar La Paz və El Alto şəhərlərində təchizat zəncirində artan problemlərə səbəb olub, burada ərzaq, yanacaq və dərman çatışmazlığı bazarlara, xəstəxanalara və yanacaqdoldurma məntəqələrinə ciddi zərbə vurur.