Putin: Azərbaycan dünya arenasında layiqli hörmət qazanıb Ölkə daxili 25/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir:⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “Hörmətli İlham Heydər oğlu. Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial sahələrdə böyük uğurlar əldə edib, dünya arenasında layiqli hörmət qazanıb. Biz Bakı ilə dostluq və müttəfiqlik münasibətlərimizə böyük əhəmiyyət veririk. Əminəm ki, müxtəlif sahələrdə ikitərəfli səmərəli əməkdaşlığın, həmçinin regional və beynəlxalq məsələlərdə tərəfdaşlıq qarşılıqlı fəaliyyətinin birgə səylərlə daha da inkişafını təmin edə bilərik. Şübhəsiz ki, bu, Rusiya və Azərbaycan xalqlarının əsas maraqlarına cavab verir, Cənubi Qafqazda və Xəzər dənizində təhlükəsizliyin, sabitliyin möhkəmləndirilməsi məcrasında davam edir. Hörmətli İlham Heydər oğlu, Sizə cansağlığı və uğurlar, bütün həmvətənlərinizə isə əmin-amanlıq və tərəqqi arzulayıram”. TaglarAzərbaycan-Rusiyaİlham ƏliyevVladimir Putin Son xəbərlər Ölkə daxili Rumıniya Prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət edib 25/05/2026 Aqrarbiznes Azərbaycanda bu kreditlərin faizləri subsidiyalaşdırılacaq 25/05/2026 Kənd təsərrüfatı Azərbaycanda 2030-cu ilə qədər kənd təsərrüfatı istehsalı 2 %-dən çox artacaq 25/05/2026 Dövlət büdcəsi Hesablama Palatası 2025-ci il dövlət büdcəsinin icrasına dair rəyini Milli Məclisə göndərib 25/05/2026 Digər xəbərlər Ölkə daxili Rumıniya Prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət edib 25/05/2026 Aqrarbiznes Azərbaycanda bu kreditlərin faizləri subsidiyalaşdırılacaq 25/05/2026 Kənd təsərrüfatı Azərbaycanda 2030-cu ilə qədər kənd təsərrüfatı istehsalı 2 %-dən çox artacaq 25/05/2026 Dövlət büdcəsi Hesablama Palatası 2025-ci il dövlət büdcəsinin icrasına dair rəyini Milli Məclisə göndərib 25/05/2026