Nazir: Biz bu məhsulları daim idxal edəcəyik Aqrarbiznes 25/05/2026 Paylaş FacebookXWhatsAppTelegram İdxal strukturu üzrə 2025-ci ildə aparılmış təhlil göstərib ki, idxal etdiyimiz məhsulların 25%-ni Azərbaycanda tam əvəzləmək potensialı var. Bunu Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə O qeyd edib ki, biz bunların ölkədə 100% istehsalına və idxalın əvəzlənməsinə nail ola bilərik: “Məhsulların təxminən 50%-də isə qismən əvəzetmə imkanlarımız var. Burada yerli istehsal mövcud olacaq, amma müəyyən qədər idxaldan asılılıq da qalacaq. Biz 25% məhsulu isə daim idxal edəcəyik. Bunlar soya, palma yağı, banan, kakao və qəhvə kimi məhsullardır. Nazir vurğulayıb ki, son beş ildə ölkədə nominal ifadədə aqrar sektora dövlət dəstəyi artıb: “Lakin çıxışınızda qeyd etdiyiniz kimi, dünyada baş verən hadisələr və logistik zəncirlərdəki qırılmalar istehsal vasitələrinin qiymətinin artmasına gətirib çıxarıb ki, bu da nominal olaraq artan dövlət dəstəyinin real ifadədə azalmasına səbəb olub. Dövlət dəstəyi mexanizmlərində son illərə qədər vəsaitin əsas hissəsi bitkiçiliyə yönəldilib, bunun 74%-i bitkiçiliyin, 20%-i texnika dəstəyinin, cəmi 6%-i isə heyvandarlığın payına düşüb. Eyni zamanda, bu günə qədər dövlət dəstəyi əsasən sosialyönümlü xarakter daşıyıb. Bu dəstək regionların inkişafına, məşğulluğun artırılmasına və ərzaq təhlükəsizliyinin təmininə istiqamətlənib. Bununla yanaşı, dövlət dəstəyi məhsuldarlığın, fermer gəlirlərinin, aqrar emalın və ixracın artırılmasına da xidmət edir və bundan sonra bu istiqamət daha da gücləndirilməlidir”. MənbəAPA TaglaridxalKənd təsərrüfatı məhsullarıMəcnun Məmmədov Son xəbərlər Ölkə daxili Rumıniya Prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət edib 25/05/2026 Aqrarbiznes Azərbaycanda bu kreditlərin faizləri subsidiyalaşdırılacaq 25/05/2026 Kənd təsərrüfatı Azərbaycanda 2030-cu ilə qədər kənd təsərrüfatı istehsalı 2 %-dən çox artacaq 25/05/2026 Dövlət büdcəsi Hesablama Palatası 2025-ci il dövlət büdcəsinin icrasına dair rəyini Milli Məclisə göndərib 25/05/2026 Digər xəbərlər Ölkə daxili Rumıniya Prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət edib 25/05/2026 Aqrarbiznes Azərbaycanda bu kreditlərin faizləri subsidiyalaşdırılacaq 25/05/2026 Kənd təsərrüfatı Azərbaycanda 2030-cu ilə qədər kənd təsərrüfatı istehsalı 2 %-dən çox artacaq 25/05/2026 Dövlət büdcəsi Hesablama Palatası 2025-ci il dövlət büdcəsinin icrasına dair rəyini Milli Məclisə göndərib 25/05/2026