Azərbaycan baytarlıq preparatları istehsal edəcək Aqrarbiznes 25/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycanda heyvan sağlamlığı üzrə göstərilən dövlət xidmətləri, eləcə də baytarlıq preparatları ilə təminat və xəstə heyvanların emal və utilizasiya infrastrukturunun inkişaf etdirilməsi nəzərdə tutulub. Bu məsələ “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı”nda əksini tapıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Sənədə əsasən, 2026-2030-cu illərdə ölkə üzrə heyvan xəstəliklərinin araşdırılması, onların yayılma arealının və risklərin müəyyən edilməsi, baytarlıq xidmətlərinə əlçatanlığın və baytarlıq preparatlarının ölkədaxili istehsalının təşkili imkanlarının təhlil edilməsi planlaşdırılır. Eyni zamanda heyvan xəstəlikləri və onların yayılma arealı ilə bağlı məlumat sisteminin yaradılması; Vaksin izlənməsi üzrə rəqəmsal sistemin yaradılması və tətbiqi ilə bağlı təkliflər hazırlanması; baytarlıq preparatlarının yerli istehsalının təşkili üçün istehsal müəssisəsinin yaradılması, xəstə heyvanların kəsimi, emalı və utilizasiyası məqsədilə dövlət sanitar kəsim və emal müəssisələrinin yaradılması nəzərdə tutulub. Bu illər ərzində heyvan xəstəliklərinin monitorinqi və vaksin izlənməsi üzrə rəqəmsal sistem tətbiq ediləcək və baytarlıq xidmətlərinə əlçatanlıq artırılacaq. MənbəAPA TaglarBaytarlıqbaytarlıq preparatları Son xəbərlər Ölkə daxili Rumıniya Prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət edib 25/05/2026 Aqrarbiznes Azərbaycanda bu kreditlərin faizləri subsidiyalaşdırılacaq 25/05/2026 Kənd təsərrüfatı Azərbaycanda 2030-cu ilə qədər kənd təsərrüfatı istehsalı 2 %-dən çox artacaq 25/05/2026 Dövlət büdcəsi Hesablama Palatası 2025-ci il dövlət büdcəsinin icrasına dair rəyini Milli Məclisə göndərib 25/05/2026 Digər xəbərlər Ölkə daxili Rumıniya Prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət edib 25/05/2026 Aqrarbiznes Azərbaycanda bu kreditlərin faizləri subsidiyalaşdırılacaq 25/05/2026 Kənd təsərrüfatı Azərbaycanda 2030-cu ilə qədər kənd təsərrüfatı istehsalı 2 %-dən çox artacaq 25/05/2026 Dövlət büdcəsi Hesablama Palatası 2025-ci il dövlət büdcəsinin icrasına dair rəyini Milli Məclisə göndərib 25/05/2026