ADY: Sərnişinlərin daha aşağı tarifli səyahət imkanları araşdırılacaq Nəqliyyat 25/05/2026 Paylaş FacebookXWhatsAppTelegram “Bakı–Tbilisi–Bakı marşrutu üzrə qiymət siyasəti sərnişinlərə imkan verir ki, bir ay öncədən imkanına uyğun sinfini seçsin. Məsələn, 81 manat başlayan səyahət sinfini 35-20 gün öncədən əldə edə bilərlər”. Bu sözləri “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Onun sözlərinə görə, “Azərbaycan Dəmir Yolları” gələcəkdə ucuz bilet imkanlarına da baxacaq: “Sərnişinlərin daha aşağı tarifli səyahət imkanları araşdırılacaq”. Qeyd edək ki, bu gün Bakıdan Tbilisiyə sərnişin qatarı hərəkət edəcək. Qatar Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tbilisiyə çatacaq. Tbilisidən isə qatar saat 21:00-da yola düşərək ertəsi gün saat 06:24-də Bakıya çatacaq. Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarlara Azərbaycan ərazisində Bakı Dəmiryol Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında dayanacaq veriləcək. Gürcüstan ərazisində isə qatarlar Qardabani stansiyası və Tbilisi Dəmiryol Vağzalında dayanacaq edəcək. MənbəREPORT TaglarAzərbaycan Dəmir YollarıBəxtiyar Hacıyev Son xəbərlər Ölkə daxili Rumıniya Prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət edib 25/05/2026 Aqrarbiznes Azərbaycanda bu kreditlərin faizləri subsidiyalaşdırılacaq 25/05/2026 Kənd təsərrüfatı Azərbaycanda 2030-cu ilə qədər kənd təsərrüfatı istehsalı 2 %-dən çox artacaq 25/05/2026 Dövlət büdcəsi Hesablama Palatası 2025-ci il dövlət büdcəsinin icrasına dair rəyini Milli Məclisə göndərib 25/05/2026 Digər xəbərlər Ölkə daxili Rumıniya Prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət edib 25/05/2026 Aqrarbiznes Azərbaycanda bu kreditlərin faizləri subsidiyalaşdırılacaq 25/05/2026 Kənd təsərrüfatı Azərbaycanda 2030-cu ilə qədər kənd təsərrüfatı istehsalı 2 %-dən çox artacaq 25/05/2026 Dövlət büdcəsi Hesablama Palatası 2025-ci il dövlət büdcəsinin icrasına dair rəyini Milli Məclisə göndərib 25/05/2026