Rumıniya Prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət edib Ölkə daxili 25/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Rumıniyanın Prezidenti Nikuşor Dan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi, xalqınıza firavanlıq və sülh arzularımı çatdırıram. Dövlətlərimiz arasındakı sıx və möhkəm münasibətlər strateji maraqlara əsaslanır. Azərbaycan Rumıniya üçün Cənubi Qafqaz regionunda yaxşı dost və etibarlı tərəfdaşdır. Zati-alinizin Cənubi Qafqazda regionun böyük potensialından istifadə etməyə imkan yaradan davamlı sülhün bərqərar olması istiqamətində yorulmaz səylərini alqışlayıram. Rumıniya Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında dialoqun davamlı şəkildə inkişafını dəstəkləmək üçün bundan sonra da fəaliyyət göstərəcək. Fürsətdən istifadə edərək ölkələrimiz arasında ortaq maraq doğuran sahələrdə strateji tərəfdaşlığı daha da dərinləşdirmək məqsədilə Sizi Rumıniyaya səfərə dəvət edirəm. Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”. TaglarAzərbaycan-RumıniyaNikuşor Dan Son xəbərlər Nəqliyyat ADY: Sərnişinlərin daha aşağı tarifli səyahət imkanları araşdırılacaq 25/05/2026 Aqrarbiznes Azərbaycanda bu kreditlərin faizləri subsidiyalaşdırılacaq 25/05/2026 Kənd təsərrüfatı Azərbaycanda 2030-cu ilə qədər kənd təsərrüfatı istehsalı 2 %-dən çox artacaq 25/05/2026 Dövlət büdcəsi Hesablama Palatası 2025-ci il dövlət büdcəsinin icrasına dair rəyini Milli Məclisə göndərib 25/05/2026 Digər xəbərlər Nəqliyyat ADY: Sərnişinlərin daha aşağı tarifli səyahət imkanları araşdırılacaq 25/05/2026 Aqrarbiznes Azərbaycanda bu kreditlərin faizləri subsidiyalaşdırılacaq 25/05/2026 Kənd təsərrüfatı Azərbaycanda 2030-cu ilə qədər kənd təsərrüfatı istehsalı 2 %-dən çox artacaq 25/05/2026 Dövlət büdcəsi Hesablama Palatası 2025-ci il dövlət büdcəsinin icrasına dair rəyini Milli Məclisə göndərib 25/05/2026