İran Prezidenti Məsud Pezeşkian beynəlxalq internetə çıxışın yenidən açılması barədə əmr verib. Bu barədə İran dövlət mediası bazar ertəsi bir rəsmiyə istinadən məlumat yayıb. Məlumatda İran Rabitə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbərinə istinad edilib. NetBlocks internet müşahidə mərkəzinin məlumatına görə, əksər iranlılar 87 gündür ki, dünya şəbəkəsinə daxil ola bilmirlər. Yalnız az sayda vətəndaş məhdudiyyətləri aşan bahalı və qabaqcıl VPN -lərə çıxışa malikdir.