Rusiya Xarici İşlər Naziri Sergey Lavrov bazar ertəsi ABŞ dövlət katibi Marko Rubio ya Moskva nın Kiyev də Ukrayna hərbçiləri ilə əlaqəli obyektlərə zərbələr endirmək qərarını bildirdi. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazirliyin saytında yerləşdirilən bəyanatda deyilir ki, Lavrov telefon danışığı zamanı Rubio ya bu addımın Kiyev rejiminin Rusiya ərazisində dinc əhaliyə və mülki obyektlərə qarşı davam edən terror hücumlarına cavab olaraq atıldığını bildirib. Bəyanatda qeyd olunub ki, Rusiya silahlı qüvvələri Kiyev də Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün istifadə olunan obyektlərə, eləcə də müvafiq qərarların qəbul edildiyi mərkəzlərə sistematik zərbələr endirməyə başlayır.