SİMA rəqəmsal imza Birbank-da! Telekommunikasiya 26/05/2026 Paylaş FacebookXWhatsAppTelegram ®SİMA yeni nəsil biometrik imza Birbank mobil tətbiqinə inteqrasiya edilib. Artıq vətəndaşlar mobil tətbiqdə qeydiyyatdan keçərkən şəxsiyyətlərini “SİMA İmza”nın üztanıma texnologiyası vasitəsilə anında təsdiqlədə biləcəklər.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə 1 dəqiqə çəkən proses zamanı Birbank daxilində istifadəçinin rəqəmsal imzası yaradılacaq. Həm Birbank, həm də Bir ekosistemə aid digər platformalarda məsafədən kimliyin təsdiqlənməsi və sənədlərin imzalanması zamanı “SİMA İmza”dan istifadə ediləcək. Qeyd edilən yenilik həm yeni istifadəçilərə, həm də Birbank-da qeydiyyatı olan mövcud istifadəçilərə (mobil tətbiqdən çıxış edib yenidən daxil olan zaman) şamil edilib. Yeni inteqrasiya istifadəçilərə daha sürətli, rahat və innovativ rəqəmsal identifikasiya təcrübəsi təqdim etməklə yanaşı, rəqəmsal ekosistemin inkişafına da töhfə verir. “SİMA İmza” haqqında SİMA yeni nəsil rəqəmsal imza AZCON Holding şirkətlərindən olan “AzInTelecom” tərəfindən yaradılıb. Hazırda “SİMA İmza” tətbiqinin endirilmə sayı 6,5 milyondan çoxdur. Rəqəmsal imzanı xidmət məntəqəsinə getmədən ödənişsiz şəkildə “SİMA İmza” mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür. TaglarSİMA Son xəbərlər Qeyri-bank kredit təşkilatları “AZPULMAT”ın xalis mənfəəti kəskin azalıb, aktivlər kiçilir 26/05/2026 Ölkə xarici Hindistan və ABŞ minerallarla bağlı saziş imzalayıb 26/05/2026 Qeyri-bank kredit təşkilatları “Azfinans” BOKT yenidən zərər edib 26/05/2026 Bank xəbərləri Yelo Mobil POS ilə biznes daha əlçatandır! 26/05/2026 Digər xəbərlər Qeyri-bank kredit təşkilatları “AZPULMAT”ın xalis mənfəəti kəskin azalıb, aktivlər kiçilir 26/05/2026 Ölkə xarici Hindistan və ABŞ minerallarla bağlı saziş imzalayıb 26/05/2026 Qeyri-bank kredit təşkilatları “Azfinans” BOKT yenidən zərər edib 26/05/2026 Bank xəbərləri Yelo Mobil POS ilə biznes daha əlçatandır! 26/05/2026