“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb Yerli biznes xəbərləri 26/05/2026 Paylaş FacebookXWhatsAppTelegram ®Korporativ sosial məsuliyyəti fəaliyyətinin əsas strateji istiqamətlərindən biri hesab edən “Avrora Qrup”, cəmiyyətdə sosial həmrəyliyi gücləndirmək məqsədilə növbəti xeyriyyə aksiyasını həyata keçirib. Şirkət Qurban bayramı ərəfəsində ehtiyacı olan yüzlərlə ailəyə bayram sovqatı çatdırıb. Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində baş tutan aksiya zamanı qeydiyyatda olan aztəminatlı ailələrə ərzaq bağlamaları, gündəlik tələbat malları və qurban əti birbaşa ünvanlarında təslim edilib. ⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “Avrora Qrup” olaraq hesab edirik ki, biznesin uğuru yalnız iqtisadi göstəricilərlə deyil, həm də cəmiyyətə verilən real dəyərlə ölçülür. Şirkətimiz gələcəkdə də KSM prinsiplərinə sadiq qalaraq bu cür sistemli sosial layihələri və xeyriyyə aksiyalarını davam etdirəcək. Məlumat üçün bildirək ki, “Avrora Qrup” ölkənin qida istehsalı, pərakəndə, tibb, restoran və distributor sektorunun aparıcı şirkətlərindən biridir. Fəaliyyəti boyunca korporativ sosial məsuliyyət prinsiplərini əsas korporativ dəyərlərindən biri kimi qəbul edən şirkət, mütəmadi olaraq cəmiyyətin rifahına yönəlmiş sosial dəstək layihələri və xeyriyyə təşəbbüsləri həyata keçirir. TaglarAvrora QrupQurban bayramı Son xəbərlər Maliyyə xəbərləri Azərbaycanda kredit təşkilatlarının maliyyə icarəsi portfelinin dəyəri açıqlanıb 26/05/2026 Ölkə xarici Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib 26/05/2026 FinTex Azərbaycanda POS-terminalların 50 %-i aktiv istifadə olunur 26/05/2026 Maliyyə xəbərləri Azərbaycandakı maliyyə institutları “Öz müştərini tanı” sisteminə qoşulacaq 26/05/2026 Digər xəbərlər Maliyyə xəbərləri Azərbaycanda kredit təşkilatlarının maliyyə icarəsi portfelinin dəyəri açıqlanıb 26/05/2026 Ölkə xarici Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib 26/05/2026 FinTex Azərbaycanda POS-terminalların 50 %-i aktiv istifadə olunur 26/05/2026 Maliyyə xəbərləri Azərbaycandakı maliyyə institutları “Öz müştərini tanı” sisteminə qoşulacaq 26/05/2026