PAŞA Bank “Nargis” Fondunun Qurban bayramı xeyriyyə aksiyasını dəstəklədi Bank xəbərləri 26/05/2026 Paylaş FacebookXWhatsAppTelegram ®PAŞA Bank-ın tərəfdaşlığı ilə müqəddəs Qurban bayramı ərəfəsində “Nargis” Fondu tərəfindən ənənəvi xeyriyyə aksiyası keçirilib. Layihə çərçivəsində Bakı və Bakıətrafı qəsəbələrdə yaşayan bir çox aztəminatlı ailəyə dəstək göstərilib. Ailələrə gündəlik tələbat məhsullarından ibarət sovqat qutuları təqdim edilib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Xeyriyyə aksiyasının əsas məqsədi bayram günlərində sosial qayğıya ehtiyacı olan ailələrə dəstək göstərmək, paylaşma və həmrəylik dəyərlərini təşviq etmək olub. Layihə çərçivəsində ailələrlə birbaşa ünsiyyət qurulub, onların ehtiyacları nəzərə alınaraq yardım göstərilib. PAŞA Bank sosial məsuliyyət prinsiplərini fəaliyyətinin vacib istiqamətlərindən biri hesab edir. Bank müxtəlif sosial, humanitar, təhsil və mədəniyyət layihələrinə davamlı dəstək göstərərək cəmiyyətin inkişafına töhfə verir. Bank gələcəkdə də cəmiyyət üçün faydalı təşəbbüsləri dəstəkləməyə və sosial layihələrdə fəal iştirak etməyə davam edəcək. TaglarNargis FonduPAŞA BankQurban bayramı Son xəbərlər Maliyyə xəbərləri Azərbaycanda kredit təşkilatlarının maliyyə icarəsi portfelinin dəyəri açıqlanıb 26/05/2026 Ölkə xarici Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib 26/05/2026 FinTex Azərbaycanda POS-terminalların 50 %-i aktiv istifadə olunur 26/05/2026 Maliyyə xəbərləri Azərbaycandakı maliyyə institutları “Öz müştərini tanı” sisteminə qoşulacaq 26/05/2026 Digər xəbərlər Maliyyə xəbərləri Azərbaycanda kredit təşkilatlarının maliyyə icarəsi portfelinin dəyəri açıqlanıb 26/05/2026 Ölkə xarici Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib 26/05/2026 FinTex Azərbaycanda POS-terminalların 50 %-i aktiv istifadə olunur 26/05/2026 Maliyyə xəbərləri Azərbaycandakı maliyyə institutları “Öz müştərini tanı” sisteminə qoşulacaq 26/05/2026