Cənubi Karolina da bir qadın güclü küləyin qopardığı restoran masa çətirinin boynuna dəyməsi nəticəsində qəribə bir qəzada həlak olub. Yerli NBC TV xəbər stansiyası WYFF4 xəbər verib ki, hadisə Summerton şəhərindəki Driftwood Grill restoranında, qadın şənbə gecəsi əri ilə restoranın açıq terrasda yemək yeyərkən baş verib. Çətir küləyin təsiri ilə havaya qalxaraq qadına – sonradan Dana Weinger kimi tanınan şəxsə – dəyib və boğazında ciddi kəsiklərə səbəb olub.