Cənubi Karolina da bir qadın, güclü küləyin qaldırdığı restoran masası çətirinin boynuna dəyməsi nəticəsində qəribə bir qəzada həlak olub. Yerli NBC TV xəbər stansiyası WYFF4 xəbər verib ki, hadisə şənbə gecəsi Summerton şəhərindəki Driftwood Grill restoranında qadın əri ilə birlikdə restoranın açıq terrasında yemək yeyərkən baş verib. Çətir küləyin təsiri ilə havaya qalxaraq qadına – sonradan Dana Weinger kimi tanınan şəxsə – dəyib və boğazında ciddi kəsiklərə səbəb olub.