İspaniya polisi çərşənbə günü hakim Sosialist Partiyasının Madrid dəki qərargahına mümkün qanunsuz maliyyələşdirmə sxemi ilə bağlı məlumat toplamaq üçün məhkəmə qərarı ilə daxil olub. Bu barədə bir neçə İspaniya xəbər agentliyi məlumat yayıb. Mülki Qvardiya qüvvələrinin sözçüsü Reuters -ə bildirib ki, əməkdaşlar binaya daxil olublar, lakin proseslər gizli olduğu üçün əlavə təfərrüatları açıqlamayıblar. Baş nazir Pedro Sançesin partiyası, əsas müttəfiqləri və ailə üzvləri ilə bağlı müxtəlif araşdırmalar da daxil olmaqla, bir sıra korrupsiya qalmaqalları ilə üzləşib.