Aİ Rusiyaya qarşı sanksiyaların müddətini 1 il uzadıb Ölkə xarici 27/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı tətbiq edilən sanksiyaların müddətini 2027-ci il mayın 28-dək uzadıb. Bu barədə Avropa İttifaqı Şurasının mayın 26-da təşkilatın rəsmi saytında yayımladığı bəyanatda bildirilib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “2024-cü il mayın 27-də Avropa İttifaqı sanksiya rejiminin tətbiqi barədə qərar qəbul edib. Sanksiya rejiminin müddəti növbəti dəfə 2027-ci il mayın 28-dək uzadılıb”, – deyə məlumatda qeyd olunub. Hazırda sözügedən sanksiyalar 72 fiziki şəxsə və bir təşkilata şamil edilir. Məhdudiyyətlərə fiziki şəxslər üçün səfər qadağası, fiziki və hüquqi şəxslərin aktivlərinin dondurulması, həmçinin həmin şəxslərə maliyyə və iqtisadi resursların təqdim edilməsinə qoyulan qadağalar daxildir. Eyni zamanda, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen də bildirib ki, Avropa İttifaqı ölkələri Rusiyaya qarşı artıq 21-ci sanksiya paketinin hazırlanmasına başlayıblar. Onun sözlərinə görə, Brüssel, həmçinin Ukrayna üçün 90 milyard avroluq maliyyə yardımını təsdiqləyib. Bu vəsaitin Kiyevin danışıqlarda “güclü mövqedən çıxış etməsinə” kömək edəcəyi gözlənilir. MənbəMODERN.AZ TaglarAvropa İttifaqı (Aİ)Rusiyasanksiya Son xəbərlər Bank xəbərləri Vətəndaşlara kreditlərlə bağlı şad xəbər: Təcili pula ehtiyacı olanlara qısamüddətli borc veriləcək 27/05/2026 Yerli biznes xəbərləri Brabus Azərbaycanda lüks yaşayış kompleksi inşa edəcək 27/05/2026 Ümumi iqtisadi xəbərlər Sahil Babayev: Azərbaycan borclanma siyasətinə görə dünyada ən yaxşı göstəricilərə malik ölkələrdən biridir 27/05/2026 Turizm WUF13 zamanı Bakıdakı hotellərdə bir gecə qalmaq 620 manata qədər bahalaşıb 27/05/2026 Digər xəbərlər Bank xəbərləri Vətəndaşlara kreditlərlə bağlı şad xəbər: Təcili pula ehtiyacı olanlara qısamüddətli borc veriləcək 27/05/2026 Yerli biznes xəbərləri Brabus Azərbaycanda lüks yaşayış kompleksi inşa edəcək 27/05/2026 Ümumi iqtisadi xəbərlər Sahil Babayev: Azərbaycan borclanma siyasətinə görə dünyada ən yaxşı göstəricilərə malik ölkələrdən biridir 27/05/2026 Turizm WUF13 zamanı Bakıdakı hotellərdə bir gecə qalmaq 620 manata qədər bahalaşıb 27/05/2026