Bankların kapital bazarlarında iştirakı təşviq ediləcək Kapital bazarı 27/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Prezident İlham Əliyevin təsdiq etdiyi “Maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində bankların kapital bazarlarında daha fəal iştirakının təşviqi nəzərdə tutulur. Proqramın 8.2.5-ci bəndinə əsasən, bankların kapital bazarlarında birbaşa iştirakının təşviq edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi tövsiyə olunur.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Bu sahədə əsas icraçı qurum kimi Azərbaycan Mərkəzi Bankı (AMB) göstərilib və tədbirlərin icrasına Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Kapital Bazarları Assosiasiyasının (AKBA) cəlb edilməsi nəzərdə tutulur. Sənədə əsasən, 2027–2028-ci illərdə bankların müştərilərinə investisiya hesabları açmaq üçün hazırlıq səviyyəsinin qiymətləndirilməsi həyata keçiriləcək. Bununla yanaşı, bankların müştərilərinə investisiya xidmətləri göstərməsi üçün zəruri potensialın formalaşdırılması istiqamətində işlər görüləcək. Dövlət Proqramında qeyd olunub ki, görüləcək tədbirlərin nəticəsində ən azı üç bankın müştərilərinə investisiya xidmətləri göstərməsi hədəflənir. MənbəTREND TaglarBanklarkapital bazarımaliyyə inklüzivliyi Son xəbərlər Ümumi iqtisadi xəbərlər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə karbamid və un yola salınacaq 27/05/2026 Turizm Bu şəhərlərə tətilə getmək “su qiymətinə”dir 27/05/2026 Bank xəbərləri Borca görə əlavə zənglər gəlir? – Məhkəməyə verə bilərsiniz 27/05/2026 Nəqliyyat Bu ərazidə müvəqqəti alternativ yol salınır 27/05/2026 Digər xəbərlər Ümumi iqtisadi xəbərlər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə karbamid və un yola salınacaq 27/05/2026 Turizm Bu şəhərlərə tətilə getmək “su qiymətinə”dir 27/05/2026 Bank xəbərləri Borca görə əlavə zənglər gəlir? – Məhkəməyə verə bilərsiniz 27/05/2026 Nəqliyyat Bu ərazidə müvəqqəti alternativ yol salınır 27/05/2026