Azərbaycanda biznes üçün vahid maliyyə platforması yaradılacaq Yerli biznes xəbərləri 27/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Prezident İlham Əliyevin təsdiq etdiyi “Maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nda mikro, kiçik və orta biznes (MKOB) subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində yeni tədbirlər nəzərdə tutulub. Sənədə əsasən, MKOB-ların müvəkkil kredit təşkilatları ilə əlaqə yaratmasına və güzəştli mexanizmlərə müraciət etməsinə imkan verən platformanın yaradılması planlaşdırılır.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Dövlət Proqramında qeyd olunub ki, tədbirin əsas icraçısı qismində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İN) müəyyən edilib. Prosesə Kənd Təsərrüfatı Nazirliyi (KTN) və İpoteka və Kredit Zəmanət Fondu (İKZF) cəlb olunacaq, Azərbaycan Mərkəzi Bankına (AMB) isə tövsiyələr veriləcək. Sənədə görə, layihənin icrası 2027–2028-ci illəri əhatə edəcək. İlkin mərhələdə maliyyələşmənin çevikliyinin artırılması xidməti üzrə uğurlu modellərin öyrənilməsi nəzərdə tutulur. Aralıq nəticə kimi vahid platformanın prototipinin hazırlanması planlaşdırılır. Yekun nəticə olaraq isə bütün dövlət maliyyə dəstəyi proqramlarını birləşdirən platformanın istifadəyə verilməsi hədəflənir. MənbəTREND Taglarmaliyyə inklüzivliyiMKOB Son xəbərlər Ümumi iqtisadi xəbərlər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə karbamid və un yola salınacaq 27/05/2026 Turizm Bu şəhərlərə tətilə getmək “su qiymətinə”dir 27/05/2026 Bank xəbərləri Borca görə əlavə zənglər gəlir? – Məhkəməyə verə bilərsiniz 27/05/2026 Nəqliyyat Bu ərazidə müvəqqəti alternativ yol salınır 27/05/2026 Digər xəbərlər Ümumi iqtisadi xəbərlər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə karbamid və un yola salınacaq 27/05/2026 Turizm Bu şəhərlərə tətilə getmək “su qiymətinə”dir 27/05/2026 Bank xəbərləri Borca görə əlavə zənglər gəlir? – Məhkəməyə verə bilərsiniz 27/05/2026 Nəqliyyat Bu ərazidə müvəqqəti alternativ yol salınır 27/05/2026