Azərbaycan dövlət investisiya fondlarını Ekvadorda enerji və infrastruktur layihələrinin maliyyələşdirilməsinə cəlb edə bilər İnvestisiya 27/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycan dövlət investisiya fondlarını Ekvadorda enerji və infrastruktur layihələrinin maliyyələşdirilməsinə cəlb edə bilər. Bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov Ekvadora son səfəri çərçivəsində “Expreso” agentliyinə müsahibəsində bildirib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “Bizim baxışımız sıx enerji əməkdaşlığını əhatə edir. Dövlət investisiya fondlarımız vasitəsilə Ekvadorun enerji və sənaye infrastrukturuna lazım olan maliyyə resursunu təqdim etmək imkanımız var”, – E. Məmmədov Azərbaycan investisiyalarının yerli infrastruktura cəlb edilməsi imkanı barədə suala cavab verərkən deyib. Nazir müavini vurğulayıb ki, Azərbaycan özünü son dərəcə güclü geosiyasi oyunçu kimi görür və bir çox digər ticarət tərəfdaşlarından fərqli olaraq, Avrasiya regionunun ən böyük suveren fondlarından birini – Azərbaycan Respublikasının Dövlət Neft Fondunu (ARDNF) idarə edir. Ekvadorla investisiya əməkdaşlığının mümkün istiqamətləri arasında Elnur Məmmədov kənd təsərrüfatını adlandırıb. “Biz neft-qaz ölkəsiyik, gəlirlərimizin əhəmiyyətli hissəsi məhz bu sahədən gəlir, ona görə də iqtisadiyyatın diversifikasiyasına başlamışıq və qeyri-neft sektorunu fəal şəkildə inkişaf etdiririk. Ekvadorun aqrar-sənaye təcrübəsini nəzərə alaraq, bu sektor ikitərəfli əməkdaşlığımızın ikinci böyük istiqamətinə çevrilir”, – o bildirib. MənbəREPORT TaglarEkvadorElnur Məmmədovinvestisiya fondları Son xəbərlər Ümumi iqtisadi xəbərlər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə karbamid və un yola salınacaq 27/05/2026 Turizm Bu şəhərlərə tətilə getmək “su qiymətinə”dir 27/05/2026 Bank xəbərləri Borca görə əlavə zənglər gəlir? – Məhkəməyə verə bilərsiniz 27/05/2026 Nəqliyyat Bu ərazidə müvəqqəti alternativ yol salınır 27/05/2026 Digər xəbərlər Ümumi iqtisadi xəbərlər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə karbamid və un yola salınacaq 27/05/2026 Turizm Bu şəhərlərə tətilə getmək “su qiymətinə”dir 27/05/2026 Bank xəbərləri Borca görə əlavə zənglər gəlir? – Məhkəməyə verə bilərsiniz 27/05/2026 Nəqliyyat Bu ərazidə müvəqqəti alternativ yol salınır 27/05/2026