“Azerspace-3” peyki 2029-cu ilin sonuna qədər istismara buraxılacaq Texnologiya xəbərləri 27/05/2026 Paylaş FacebookXWhatsAppTelegram “Azerspace-3” telekommunikasiya peykinin 2029-cu ilin sonuna qədər istismara buraxılması nəzərdə tutulur. Bu barədə “AZCON Holding”in icraçı direktoru Şahin Babayev bildirib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Onun sözlərinə görə, hazırda Azərbaycan Kosmik Agentliyi (“Azərkosmos”) həm telekommunikasiya peyk xidmətləri, həm də müşahidə peykləri sahəsində fəaliyyətini artırır: “Yerin müşahidə peyklərindən olan “Azersky-2A” peyki ilə əlaqədar layihə davam etdirilir və bu istiqamətdə işlərin 2029-cu ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır”. Ş.Babayev bildirib ki, eyni zamanda “Azerspace-1” telekommunikasiya peykinin istifadə müddətinin başa çatmasını nəzərə alaraq, “Azerspace-3” peykinin 2029-cu ilin sonunadək istismara buraxılması nəzərdə tutulur: “Beləliklə, “Azərkosmos” həm Yerin müşahidə peyki, həm də telekommunikasiya peyki xidmətləri sahəsində fəaliyyət istiqamətlərini daha da genişləndirmiş olacaq”. MənbəREPORT TaglarAZCON HoldingAzerspace-3Azərkosmos Son xəbərlər Ölkə daxili Dövlətin yükü azaldılır – bu qurumlar təcili özəlləşdiriləcək 27/05/2026 Aqrarbiznes Meyvə bağları və tərəvəz sahələri yararsız hala düşdü, bazarlarda qiymətlər qalxacaq 27/05/2026 Nəqliyyat “Bakı metrosu üçün 10 prioritet istiqamət üzrə proqram hazırlanıb” 27/05/2026 Ümumi iqtisadi xəbərlər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə karbamid və un yola salınacaq 27/05/2026 Digər xəbərlər Ölkə daxili Dövlətin yükü azaldılır – bu qurumlar təcili özəlləşdiriləcək 27/05/2026 Aqrarbiznes Meyvə bağları və tərəvəz sahələri yararsız hala düşdü, bazarlarda qiymətlər qalxacaq 27/05/2026 Nəqliyyat “Bakı metrosu üçün 10 prioritet istiqamət üzrə proqram hazırlanıb” 27/05/2026 Ümumi iqtisadi xəbərlər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə karbamid və un yola salınacaq 27/05/2026