“Bakı metrosu üçün 10 prioritet istiqamət üzrə proqram hazırlanıb” Nəqliyyat 27/05/2026 Paylaş FacebookXWhatsAppTelegram “Bakı Metropoliteni” QSC ilə bağlı beynəlxalq məsləhətçi şirkətlə 10 prioritet istiqamət üzrə xüsusi proqram işlənib hazırlanıb. Bu barədə “AZCON Holding”in icraçı direktoru Şahin Babayev bildirib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Onun sözlərinə görə, miqyaslı layihələrin reallaşdırılması üçün beynəlxalq maliyyə qurumları, strateji tərəfdaşlar və xarici investorlarla birgə fəaliyyət zəruridir: “Bu məqsədlə “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində inşa ediləcək 10 metro stansiyası, eləcə də Azərbaycan Dəmir Yollarının infrastruktur potensialının artırılması istiqamətində Asiya İnkişaf Bankı (ADB), Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) və Dünya Bankı ilə sıx əməkdaşlıq prosesi artıq start götürüb. AİİB ilə “Bakı metrosunun genişləndirilməsi layihəsi – I mərhələ” çərçivəsində 180 milyon ABŞ dolları məbləğində maliyyələşmə müqaviləsi imzalanıb”. Ş. Babayev əlavə edib ki, əsas hədəf investisiya layihələrinə investorların cəlb edilməsidir: “Bilik paylaşımı, kadr resurslarının tənzimlənməsi, mütəxəssislərlə qarşılıqlı təlimlərin həyata keçirilməsi istiqamətində də ardıcıl görüşlər davam etdirilir. Bu proses artıq təkcə görüşlər formatında deyil, həm holdinqlərlə qarşılıqlı əməkdaşlıq mexanizmi şəklində icra olunur”. MənbəREPORT TaglarAZCON HoldingBakı Metropoliteni QSCBakı metrosuŞahin Babayev Son xəbərlər Ölkə daxili Dövlətin yükü azaldılır – bu qurumlar təcili özəlləşdiriləcək 27/05/2026 Aqrarbiznes Meyvə bağları və tərəvəz sahələri yararsız hala düşdü, bazarlarda qiymətlər qalxacaq 27/05/2026 Texnologiya xəbərləri “Azerspace-3” peyki 2029-cu ilin sonuna qədər istismara buraxılacaq 27/05/2026 Ümumi iqtisadi xəbərlər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə karbamid və un yola salınacaq 27/05/2026 Digər xəbərlər Ölkə daxili Dövlətin yükü azaldılır – bu qurumlar təcili özəlləşdiriləcək 27/05/2026 Aqrarbiznes Meyvə bağları və tərəvəz sahələri yararsız hala düşdü, bazarlarda qiymətlər qalxacaq 27/05/2026 Texnologiya xəbərləri “Azerspace-3” peyki 2029-cu ilin sonuna qədər istismara buraxılacaq 27/05/2026 Ümumi iqtisadi xəbərlər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə karbamid və un yola salınacaq 27/05/2026