Dövlətin yükü azaldılır – bu qurumlar təcili özəlləşdiriləcək Ölkə daxili 27/05/2026 Paylaş FacebookXWhatsAppTelegram “AZCON Holding”in başlıca hədəflərindən biri son nəticədə nəqliyyat, telekommunikasiya və rəqəmsal sahədə fəaliyyət göstərən qurumları özəlləşdirməyə hazır vəziyyətə gətirməkdən ibarətdir. Bu barədə “AZCON Holding”in icraçı direktoru Şahin Babayev bildirib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə O əlavə edib ki, “AZCON Holding” nəqliyyat, telekommunikasiya və rəqəmsal infrastrukturu vahid ekosistem halında mərkəzləşdirən bir qurumdur: “Əsas məqsədimiz bu qurumların institusional inkişafını təmin etmək, onların əməliyyat effektivliyini və rəqabətqabiliyyətini artırmaqdır. Holdinqin qurulmasını zəruri edən bir sıra mühüm amillər mövcud idi. Birinci amil dövlət büdcəsi üzərindəki maliyyə yükünün həddindən artıq yüksək olması ilə əlaqədardır. Dövlət büdcəsindən Holdinqin nəzarətindəki qurumlara həm subsidiya, həm də investisiya xarakterli müxtəlif ödənişlər edilirdi və əsas məsələ bu ödənişlərin effektivliyinin yüksəldilməsindən ibarət idi. Burada başlıca məqsəd həmin subsidiyanın daha nəticəli istifadə edilməsi, ayrılmış investisiya vəsaitlərinin geri qayıtması və gəlir baxımından öz həcmini daha səmərəli əks etdirməsindən ibarət idi”. Ş.Babayev qeyd edib ki, növbəti məsələ isə qurumların hədəflərinin ölkənin nəqliyyat və telekommunikasiya sahəsindəki strateji əhəmiyyətli prioritetlərinə uyğunlaşdırılmasından ibarət idi: “Bu proses nəticəsində Holdinq daxilində artıq hər bir istiqamət üzrə vahid hədəflər müəyyən edilib və əsas amalımız bu qurumların ölkənin iqtisadi yüksəlişinə daha böyük töhfə verməsini təmin etməkdir. Bu, təbii bir prosesdir və qurumların əvvəllər müstəqil şəkildə öz fərdi hədəflərinə yönəlməsi anlaşılandır”. Onun sözlərinə görə, üçüncü vacib amil həmin qurumların maliyyə mənbələrinə çıxış imkanları ilə bağlıdır: “Maliyyə resurslarını həmin qurumlar fərdi qaydada müəyyən məhdudiyyətlər çərçivəsində cəlb edirdi və elə böyük investisiya layihələri mövcud idi ki, onların reallaşdırılması ayrı-ayrılıqda çətinləşirdi”. MənbəREPORT TaglarAZCON HoldingŞahin Babayev Son xəbərlər Aqrarbiznes Meyvə bağları və tərəvəz sahələri yararsız hala düşdü, bazarlarda qiymətlər qalxacaq 27/05/2026 Texnologiya xəbərləri “Azerspace-3” peyki 2029-cu ilin sonuna qədər istismara buraxılacaq 27/05/2026 Nəqliyyat “Bakı metrosu üçün 10 prioritet istiqamət üzrə proqram hazırlanıb” 27/05/2026 Ümumi iqtisadi xəbərlər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə karbamid və un yola salınacaq 27/05/2026 Digər xəbərlər Aqrarbiznes Meyvə bağları və tərəvəz sahələri yararsız hala düşdü, bazarlarda qiymətlər qalxacaq 27/05/2026 Texnologiya xəbərləri “Azerspace-3” peyki 2029-cu ilin sonuna qədər istismara buraxılacaq 27/05/2026 Nəqliyyat “Bakı metrosu üçün 10 prioritet istiqamət üzrə proqram hazırlanıb” 27/05/2026 Ümumi iqtisadi xəbərlər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə karbamid və un yola salınacaq 27/05/2026