Bakı-Tbilisi-Qars dəmir yolu açılır Ümumi iqtisadi xəbərlər 28/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun rəsmi açılışı iyunun 2-də keçiriləcək. Bununla bağlı mərasim Gürcüstanın Axalkalaki stansiyasında keçiriləcək.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Tədbirdə Gürcüstan, Azərbaycan və Türkiyədən rəsmi şəxslərin iştirakı nəzərdə tutulur. Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci ildən etibarən test rejimində fəaliyyət göstərsə də, layihənin rəsmi istifadəyə verilməsi yalnız indi baş tutacaq. Magistralın ümumi uzunluğu 827 kilometr təşkil edir ki, bunun da 213 kilometri Gürcüstan ərazisindən keçir. Layihənin Gürcüstan hissəsinin tikintisi Azərbaycan tərəfindən ayrılmış 775 milyon ABŞ dolları kredit hesabına maliyyələşdirilib. Kreditin layihədən əldə olunacaq gəlirlər hesabına qaytarılması planlaşdırılır. “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) bildirilib ki, 2023-cü ilin may ayından 2024-cü ilin may ayınadək ADY Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi üzrə işlər həyata keçirilib və layihə uğurla yekunlaşdırılıb. Aparılan yenidənqurma işləri nəticəsində BTQ xəttinin illik ötürücülük qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb. MənbəREPORT TaglarBakı-Tbilisi-Qars dəmir yolu Son xəbərlər Ümumi iqtisadi xəbərlər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 126 ton karbamid və 67 ton un yola salınıb 28/05/2026 Ümumi iqtisadi xəbərlər BVF 2032-ci ilədək Azərbaycanın ÜDM artımı ilə bağlı proqnozlarını açıqlayıb 28/05/2026 Neft və Qaz Paşinyan: Ermənistandan yeni tranzit qaz kəməri keçəcək 28/05/2026 Ümumi iqtisadi xəbərlər BVF: Dövlət Neft Fondunun ehtiyatları artmaqda davam edəcək 28/05/2026 Digər xəbərlər Ümumi iqtisadi xəbərlər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 126 ton karbamid və 67 ton un yola salınıb 28/05/2026 Ümumi iqtisadi xəbərlər BVF 2032-ci ilədək Azərbaycanın ÜDM artımı ilə bağlı proqnozlarını açıqlayıb 28/05/2026 Neft və Qaz Paşinyan: Ermənistandan yeni tranzit qaz kəməri keçəcək 28/05/2026 Ümumi iqtisadi xəbərlər BVF: Dövlət Neft Fondunun ehtiyatları artmaqda davam edəcək 28/05/2026