BVF: Dövlət Neft Fondunun ehtiyatları artmaqda davam edəcək Ümumi iqtisadi xəbərlər 28/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) ehtiyatları karbohidrogen qiymətlərinin yüksək olaraq qalması şəraitində artmaqda davam edəcək. Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) hesabatında bildirilib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Fondun hesabatına əsasən, Azərbaycanda iqtisadi artımın bir qədər sürətlənəcəyi, inflyasiyanın isə Mərkəzi Bankın hədəf diapazonunda qalacağı gözlənilir. “Ekspertlərin qiymətləndirməsinə görə, neft və qaz hasilatında davam edən zəiflik fonunda 2026-cı ildə ÜDM artımı mülayim şəkildə sürətlənərək 2,1 faizə çatacaq. Qeyri-neft ÜDM artımının 3,7 faiz səviyyəsində olacağı, daha sonra isə orta müddətli perspektivdə təxminən 3,5 faiz ətrafında sabitləşəcəyi proqnozlaşdırılır. Bərpa prosesi 2026-cı ildə fiskal siyasətin sərtləşdirilməsi tempinin daha yavaş olması, eləcə də Yaxın Şərqdəki müharibə səbəbindən neft və qaz qiymətlərinin artmasının müsbət dolayı təsirləri ilə əlaqələndirilir”, – hesabatda qeyd olunub. BVF analitikləri bildirirlər ki, qeyri-neft sektorunda istehsal boşluğunun azalacağı, lakin 2026-cı ildə müsbət olaraq qalacağı və daha sonra orta müddətli perspektivdə tədricən bağlanacağı gözlənilir. “Mövcud hasilat məhdudiyyətlərinin təsiri altında olan neft ÜDM-i üzrə proqnozun 2026-cı ildə 2% azalması nəzərdə tutur. Bundan sonra azalmanın tempi mülayim 0,5 faizə qədər zəifləyəcək ki, bu da ümumi ÜDM artımının orta müddətli perspektivdə təxminən 2,5 faizə enməsinə gətirib çıxaracaq. İnflyasiyanın isə Yaxın Şərqdəki müharibə səbəbindən idxal olunan ərzaq inflyasiyasının artması fonunda 2026-cı ilin sonuna qədər 6 faizə yüksələcəyi gözlənilir. Bu, həmçinin əhalinin real gəlirlərini və tələbi azalda bilər. Bununla yanaşı, cari əməliyyatlar balansının profisitinin karbohidrogen qiymətlərinin artması hesabına 2026-cı ildə əhəmiyyətli dərəcədə artacağı, daha sonra isə orta müddətli perspektivdə tədricən azalacağı proqnozlaşdırılır”, – sənəddə vurğulanıb. MənbəTREND TaglarBeynəlxalq Valyuta Fondu (BVF)Dövlət Neft Fondu (ARDNF) Son xəbərlər Ümumi iqtisadi xəbərlər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 126 ton karbamid və 67 ton un yola salınıb 28/05/2026 Ümumi iqtisadi xəbərlər BVF 2032-ci ilədək Azərbaycanın ÜDM artımı ilə bağlı proqnozlarını açıqlayıb 28/05/2026 Ümumi iqtisadi xəbərlər Bakı-Tbilisi-Qars dəmir yolu açılır 28/05/2026 Neft və Qaz Paşinyan: Ermənistandan yeni tranzit qaz kəməri keçəcək 28/05/2026 Digər xəbərlər Ümumi iqtisadi xəbərlər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 126 ton karbamid və 67 ton un yola salınıb 28/05/2026 Ümumi iqtisadi xəbərlər BVF 2032-ci ilədək Azərbaycanın ÜDM artımı ilə bağlı proqnozlarını açıqlayıb 28/05/2026 Ümumi iqtisadi xəbərlər Bakı-Tbilisi-Qars dəmir yolu açılır 28/05/2026 Neft və Qaz Paşinyan: Ermənistandan yeni tranzit qaz kəməri keçəcək 28/05/2026