Cümə axşamı Qara dənizdə , Türkiyənin şimal sahilləri yaxınlığında üç tankerə dron hücumları edildiyi bildirilib. Bu barədə Tribeca gəmiçilik agentliyi məlumat verib. Agentliyin bildirdiyinə görə, Palau bayrağı altında üzən və balastda olan James II tankeri hadisə baş verən zaman Qara dənizdəki Türkelinin 50 mil (80 km) şimalında olub. Agentlik həmçinin bildirib ki, Sierra Leone bayrağı altında üzən və balastda olan Altura və Velora tankerləri yaxınlıqdakı ərazidə gəmidən-gəmiyə əməliyyat apararkən hücuma məruz qalıblar. Sahil təhlükəsizlik qayıqları kömək üçün hadisə yerinə göndərilib və tankerlərdəki bütün heyət üzvlərinin vəziyyətinin yaxşı olduğu bildirilib.