NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir Yerli biznes xəbərləri 28/05/2026 Paylaş FacebookXWhatsAppTelegram ®NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədilə “YAŞAT” Fondu ilə əməkdaşlığını davam etdirir. Əməkdaşlıq çərçivəsində bu ildən etibarən “YAŞAT” Fondunun təşkilatçılığı ilə “Zərif Görüş” layihəsi həyata keçirilir. Layihənin əsas məqsədi şəhidlərin həyat yoldaşları arasında ünsiyyətin gücləndirilməsi, mənəvi dəstəyin göstərilməsi, müsbət psixoloji mühitin formalaşdırılması, onların şəxsi potensiallarının kəşf və inkişafına dəstək olmaqdır. Bakıda və digər regionlarda səhər yeməyi formatında keçirilən tədbirlərdə müxtəlif mövzularda təlimlər və psixoloqlarla interaktiv dialoqlar təşkil edilir, iştirakçılara hədiyyələr təqdim olunur. Bu günədək 7 tədbirdə 250-dən çox şəhid xanımı iştirak edib və ilin sonunadək bu sayın daha da artacağı nəzərdə tutulur.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə NEQSOL Holding-in dəstəyi ilə hazırda “YAŞAT” Fondu tərəfindən “Hədiyyə Karvanı” layihəsi də həyata keçirilir. 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün ölkəni əhatə etməklə 14 yaşadək olan 1600-dən çox şəhid övladına bayram hədiyyələri təqdim edilir. Hazırda hədiyyə qutularının şəhid ailələrinə çatdırılması prosesi davam edir. NEQSOL Holding və “YAŞAT” Fondu arasında əməkdaşlıq davamlı olaraq həyata keçirilir. Belə ki, NEQSOL Holding-in dəstəyi ilə ötən il 2000-dən çox şəhid övladına, bir çoxu bir neçə layihə çərçivəsində olmaqla, “YAŞAT” Fondunun təşkil etdiyi Məktəb Ləvazimatları ilə Təminat (1467 nəfər), “YAŞAT” Yay Düşərgəsi (457 nəfər), Birləşmiş Krallıqda Yay Məktəbi (10 nəfər) və Hədiyyə Karvanı (1673 nəfər) sosial layihələri çərçivəsində müxtəlif formalarda dəstək göstərilib. Həmçinin, 710 nəfər əlilliyi təyin olunmuş şəxsə və şəhid ailəsinə tibbi xidmətlərin və təhsil xərclərinin maliyyələşdirilməsi formasında sosial dəstək göstərilib. Ümumilikdə, 2021-ci ildən etibarən Holdinqin qərarı ilə tərkibindəki Bakcell, Norm, Azerconnect Group və Nobel Energy şirkətləri “YAŞAT” Fonduna ümumilikdə 3,7 milyon manat vəsait ayırıb. NEQSOL Holding Qurban bayramı və Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edir, əmin-amanlıq və firavanlıq kimi ən xoş arzularını çatdırır. NEQSOL Holding 11 ölkədə telekommunikasiya, enerji, yüksək texnologiyalar, tikinti və mədənçıxarma sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur. TaglarNEQSOL HoldingYaşat fondu Son xəbərlər Ölkə daxili Prezident: Bu gün biz rahat yaşayırıq, qalib xalq kimi və qalib dövlət kimi 28/05/2026 Ölkə xarici Rusiya mayın 30-dan Ermənistandan meyvə-tərəvəz məhsullarının idxalını məhdudlaşdırır 28/05/2026 Yerli biznes xəbərləri Xocalıda “Qarabağ Tekstil Evi” MMC istifadəyə verilib 28/05/2026 Ölkə xarici Avropa Mərkəzi Bankı inflyasiyanın davam edəcəyi qənaətindədir 28/05/2026 Digər xəbərlər Ölkə daxili Prezident: Bu gün biz rahat yaşayırıq, qalib xalq kimi və qalib dövlət kimi 28/05/2026 Ölkə xarici Rusiya mayın 30-dan Ermənistandan meyvə-tərəvəz məhsullarının idxalını məhdudlaşdırır 28/05/2026 Yerli biznes xəbərləri Xocalıda “Qarabağ Tekstil Evi” MMC istifadəyə verilib 28/05/2026 Ölkə xarici Avropa Mərkəzi Bankı inflyasiyanın davam edəcəyi qənaətindədir 28/05/2026