Azərbaycanda “Tesla”ların sayı sürətlə artır – Bəs bazarda qiymətlər necədir? Avto xəbərlər 28/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycanda elektrik mühərriklə çalışan “Tesla” markalı avtomobillərin sayı sürətlə artır. Bu barədə Banker.az-ın bu həftə tərtib etdiyi siyahıda bildirilir. 2026-cı ilin 1 yanvarına ölkədə 1 144 “Tesla” markalı minik avtomobili qeydə alınıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 609 ədəd və ya 113.8% çoxdur. Belə ki, 2025-ci ilin əvvəlində ölkədə 535 “Tesla” vardı. Artım son iki ildə daha da diqqətçəkən olub. Statistikaya əsasən, 2024-cü ilin 1 yanvarında Azərbaycanda cəmi 244 “Tesla” markalı avtomobil qeydə alınmışdı. Beləliklə, iki il ərzində “Tesla” avtomobillərinin sayı təxminən 4.7 dəfə artıb. Hazırda bazarda ən bahalı “Tesla” modellərindən biri “Cybertruck”dur. 2024-cü il istehsalı və “Tesla Cybertruck” üçün satış elanlarında 169.8 min manat qiymət göstərilir. “Tesla Model X” modellərinin qiymətləri isə əsasən 54 min manatdan başlayaraq 110 min manata qədər dəyişir. 2023-cü il buraxılışlı “Model X” üçün 110 min manat, 2022-ci il istehsalı modellər üçün isə 107-109 min manat civarında qiymətlər təklif olunur. “Tesla Model S” modellərinin qiymətləri təxminən 67.5 min manatdan başlayır və komplektasiya ilə vəziyyətindən asılı olaraq 97.7 min manata qədər yüksəlir. Daha əlçatan seqmentdə yer alan “Tesla Model Y” avtomobilləri əsasən 55-87 min manat aralığında satılır. 2025-ci il istehsalı “Tesla Model 3” modelləri isə bazarda təxminən 56-90 min manat arasında təklif edilir. TaglarTesla Son xəbərlər Neft və Qaz BVF Dövlət Neft Fondunun aktivlərinin 2032-ci ilədək tədricən artacağını proqnozlaşdırır 28/05/2026 Nəqliyyat Bakıdan bölgələrə iki gün ərzində 20 000-ə yaxın sərnişin daşınıb 28/05/2026 Ölkə daxili Prezident: Bu gün biz rahat yaşayırıq, qalib xalq kimi və qalib dövlət kimi 28/05/2026 Ölkə xarici Rusiya mayın 30-dan Ermənistandan meyvə-tərəvəz məhsullarının idxalını məhdudlaşdırır 28/05/2026 Digər xəbərlər Neft və Qaz BVF Dövlət Neft Fondunun aktivlərinin 2032-ci ilədək tədricən artacağını proqnozlaşdırır 28/05/2026 Nəqliyyat Bakıdan bölgələrə iki gün ərzində 20 000-ə yaxın sərnişin daşınıb 28/05/2026 Ölkə daxili Prezident: Bu gün biz rahat yaşayırıq, qalib xalq kimi və qalib dövlət kimi 28/05/2026 Ölkə xarici Rusiya mayın 30-dan Ermənistandan meyvə-tərəvəz məhsullarının idxalını məhdudlaşdırır 28/05/2026