BVF Dövlət Neft Fondunun aktivlərinin 2032-ci ilədək tədricən artacağını proqnozlaşdırır Neft və Qaz 28/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Beynəlxalq Valyuta Fondu (BVF) karbohidrogen qiymətlərinin nisbətən sabit qalması və dayanıqlı xarici daxilolmalar fonunda yaxın illərdə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin tədricən artacağını gözləyir. BVF-nin proqnozlarına əsasən, ARDNF-nin aktivləri 2026-cı ildə 76,052 milyard dollar təşkil edəcək, 2027-ci ildə 77,901 milyard dollara, 2028-ci ildə 79,169 milyard dollara, 2029-cu ildə 80,625 milyard dollara, 2030-cu ildə 82,298 milyard dollara yüksələcək və 2031-ci ildə 84,236 milyard dollara çatacaq.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə BVF hesab edir ki, neftin qiyməti 2026-cı ildə orta hesabla bir barel üçün 84,2 dollar olacaq, bundan sonra 2027-ci ildə 78 dollara, 2028-ci ildə 76,2 dollara, 2029-cu ildə 75,9 dollara, 2030-cu ildə 75,7 dollara enəcək və 2031-ci ildə cüzi artaraq 77,2 dollar təşkil edəcək. Təbii qazın qiymətinin 2026-cı ildə min kubmetr üçün 521,9 dollar səviyyəsində olacağı, daha sonra isə 2027-ci ildə kəskin şəkildə azalaraq 424,3 dollara düşəcəyi və 2028–2031-ci illərdə 312,1 dollar səviyyəsində sabitləşəcəyi proqnozlaşdırılır. Bununla yanaşı, ümumi beynəlxalq ehtiyatların dəyişkən dinamika nümayiş etdirəcəyi gözlənilir: 2026-cı ildə 14,392 milyard dollardan 2027-ci ildə 15,079 milyard dollara yüksəliş, bundan sonra isə 2028-ci ildə 14,164 milyard dollara, 2029-cu ildə 13,125 milyard dollara, 2030-cu ildə 11,734 milyard dollara və 2031-ci ildə 9,660 milyard dollara eniş proqnozlaşdırılır. MənbəTREND TaglaraktivlərBeynəlxalq Valyuta Fondu (BVF)Dövlət Neft Fondu (ARDNF) Son xəbərlər Avto xəbərlər Azərbaycanda “Tesla”ların sayı sürətlə artır – Bəs bazarda qiymətlər necədir? 28/05/2026 Nəqliyyat Bakıdan bölgələrə iki gün ərzində 20 000-ə yaxın sərnişin daşınıb 28/05/2026 Ölkə daxili Prezident: Bu gün biz rahat yaşayırıq, qalib xalq kimi və qalib dövlət kimi 28/05/2026 Ölkə xarici Rusiya mayın 30-dan Ermənistandan meyvə-tərəvəz məhsullarının idxalını məhdudlaşdırır 28/05/2026 Digər xəbərlər Avto xəbərlər Azərbaycanda “Tesla”ların sayı sürətlə artır – Bəs bazarda qiymətlər necədir? 28/05/2026 Nəqliyyat Bakıdan bölgələrə iki gün ərzində 20 000-ə yaxın sərnişin daşınıb 28/05/2026 Ölkə daxili Prezident: Bu gün biz rahat yaşayırıq, qalib xalq kimi və qalib dövlət kimi 28/05/2026 Ölkə xarici Rusiya mayın 30-dan Ermənistandan meyvə-tərəvəz məhsullarının idxalını məhdudlaşdırır 28/05/2026