Paşinyan Ermənistanın silah aldığı ölkələri açıqlayıb Ölkə xarici 28/05/2026 Paylaş FacebookXWhatsAppTelegram “Ordunun yeganə vəzifəsi Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədlərini qorumaqdır”. Bunu mayın 28-də İrəvanda Respublika Günü ilə bağlı keçirilən hərbi paradda çıxış edən baş nazir Nikol Paşinyan bildirib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Onun sözlərinə görə, Ermənistan ordusu beynəlxalq müqavilələr əsasında həyata keçirilən sülhməramlı missiyalar istisna olmaqla, respublikanın sərhədlərindən kənarda istifadə edilməməlidir. Baş nazir qeyd edib ki, bu gün paradda nümayiş etdirilən silahların alınması da məhz bu yanaşma sayəsində mümkün olub. “2022-ci ilə qədər xarici hərbi texnika və silah bazarları əsasən bağlı idi və ya Ermənistanın onlara çıxışı çətinləşdirilmişdi. Beynəlxalq tərəfdaşlar bizə silah verməkdən imtina edirdilər, çünki əmin idilər ki, Ermənistan həmin silahları beynəlxalq səviyyədə tanınmış ərazisindən kənarda istifadə edəcək. Yalnız Praqada əldə olunan razılaşmalardan sonra, Ermənistan və Azərbaycan 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü tanıdıqdan sonra beynəlxalq silah bazarı İrəvan üçün açıldı”, – deyə Ermənistan hökumətinin başçısı bildirib. Paşinyan əlavə edib ki, bugünkü paradda 7 ölkədə (Rusiya, Hindistan, Fransa, İran, Çin) istehsal olunmuş silahlar nümayiş etdirilib. Onun sözlərinə görə, bu hərbi əməkdaşlığın coğrafiyası “Real Ermənistan” konsepsiyasına əsaslanan siyasətin nəticəsidir. “Paradda həmçinin Ermənistanın özündə istehsal olunan texnika və silahlar da nümayiş etdirilir. Bu istehsal bu gün beynəlxalq bazarda öz yerini tutmaq üçün ilk, lakin inamlı addımlarını atır”, – deyə baş nazir vurğulayıb. Paşinyanın sözlərinə görə, 2022-ci ildən etibarən Ermənistan hökuməti hərbi-sənaye kompleksinə təxminən 170 milyard dram sərmayə yatırıb. MənbəMODERN.AZ TaglarErmənistanNikol Paşinyansilah Son xəbərlər Ölkə daxili FHN hava ilə bağlı əhaliyə müraciət edib 28/05/2026 Bank xəbərləri BVF Azərbaycan Mərkəzi Bankının xarici aktivləri üzrə proqnozunu təqdim edib 28/05/2026 Depozitlər Azərbaycanda milli valyutada əmanətlər 2026–2031-ci illərdə 84 faiz artacaq – BVF 28/05/2026 Ölkə xarici Aİ Şurası Ukraynaya 2,8 milyard avro məbləğində yeni yardım tranşını təsdiqləyib 28/05/2026 Digər xəbərlər Ölkə daxili FHN hava ilə bağlı əhaliyə müraciət edib 28/05/2026 Bank xəbərləri BVF Azərbaycan Mərkəzi Bankının xarici aktivləri üzrə proqnozunu təqdim edib 28/05/2026 Depozitlər Azərbaycanda milli valyutada əmanətlər 2026–2031-ci illərdə 84 faiz artacaq – BVF 28/05/2026 Ölkə xarici Aİ Şurası Ukraynaya 2,8 milyard avro məbləğində yeni yardım tranşını təsdiqləyib 28/05/2026