Aİ Şurası Ukraynaya 2,8 milyard avro məbləğində yeni yardım tranşını təsdiqləyib Ölkə xarici 28/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Avropa İttifaqı (Aİ) Şurası Kiyevin zəruri şərtləri yerinə yetirməsindən sonra “Ukraine Facility” proqramı çərçivəsində Ukraynaya təxminən 2,8 milyard avro məbləğində yeddinci maliyyə yardımı tranşını təsdiqləyib. Bildirilib ki, Ukrayna növbəti tranşın alınması üçün nəzərdə tutulan 20 tələbdən 11-ni yerinə yetirib, həmçinin proqramın əvvəlki mərhələlərindən qalan bir sıra öhdəlikləri tamamlayıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Bundan əlavə, Kiyev növbəti ödənişlər üçün planlaşdırılan bir neçə islahatı vaxtından əvvəl həyata keçirib. Vəsaitlər “Ukraine Facility” – Aİ-nin 2024–2027-ci illər üçün nəzərdə tutulmuş və ölkədə bərpa, modernizasiya və islahatların dəstəklənməsinə yönəlmiş 50 milyard avrodan çox həcmə malik proqramı çərçivəsində ayrılır. Əvvəlki, təxminən 2,3 milyard avro məbləğində altıncı tranş 2025-ci ilin dekabrında köçürülmüşdü. MənbəREPORT TaglarAvropa İttifaqı (Aİ)Ukrayna Son xəbərlər Texnologiya xəbərləri Qazaxıstan regionun NVIDIA texnologiyalarına əsaslanan superkompüterləri istifadəyə verən ilk ölkəsi olub 28/05/2026 Ölkə daxili FHN hava ilə bağlı əhaliyə müraciət edib 28/05/2026 Bank xəbərləri BVF Azərbaycan Mərkəzi Bankının xarici aktivləri üzrə proqnozunu təqdim edib 28/05/2026 Ölkə xarici Paşinyan Ermənistanın silah aldığı ölkələri açıqlayıb 28/05/2026 Digər xəbərlər Texnologiya xəbərləri Qazaxıstan regionun NVIDIA texnologiyalarına əsaslanan superkompüterləri istifadəyə verən ilk ölkəsi olub 28/05/2026 Ölkə daxili FHN hava ilə bağlı əhaliyə müraciət edib 28/05/2026 Bank xəbərləri BVF Azərbaycan Mərkəzi Bankının xarici aktivləri üzrə proqnozunu təqdim edib 28/05/2026 Ölkə xarici Paşinyan Ermənistanın silah aldığı ölkələri açıqlayıb 28/05/2026