FHN hava ilə bağlı əhaliyə müraciət edib Ölkə daxili 28/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində bir sıra ərazilərdə arabir güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə FHN qeyd olunanları nəzərə alaraq, müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladıb. Belə ki, FHN-in müraciətində güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunub. “Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Həmçinin, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar. Eləcə də intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur. Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır”, – müraciətdə qeyd edilib. MənbəAPA TaglarAzərbaycanda hava proqnozuFövqəladə Hallar Nazirliyi (FHN) Son xəbərlər Texnologiya xəbərləri Qazaxıstan regionun NVIDIA texnologiyalarına əsaslanan superkompüterləri istifadəyə verən ilk ölkəsi olub 28/05/2026 Bank xəbərləri BVF Azərbaycan Mərkəzi Bankının xarici aktivləri üzrə proqnozunu təqdim edib 28/05/2026 Ölkə xarici Paşinyan Ermənistanın silah aldığı ölkələri açıqlayıb 28/05/2026 Depozitlər Azərbaycanda milli valyutada əmanətlər 2026–2031-ci illərdə 84 faiz artacaq – BVF 28/05/2026 Digər xəbərlər Texnologiya xəbərləri Qazaxıstan regionun NVIDIA texnologiyalarına əsaslanan superkompüterləri istifadəyə verən ilk ölkəsi olub 28/05/2026 Bank xəbərləri BVF Azərbaycan Mərkəzi Bankının xarici aktivləri üzrə proqnozunu təqdim edib 28/05/2026 Ölkə xarici Paşinyan Ermənistanın silah aldığı ölkələri açıqlayıb 28/05/2026 Depozitlər Azərbaycanda milli valyutada əmanətlər 2026–2031-ci illərdə 84 faiz artacaq – BVF 28/05/2026