Yaponiyada əhali rekord həddə azalıb Ölkə xarici 29/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Yaponiyada son 5 ildə əhali sayı 3,09 milyon nəfər azalıb ki, bu da ölkədə statistika aparıldığı dövrdən bəri ən böyük göstərici hesab olunur. Yaponiyanın İnzibati İşlər və Kommunikasiyalar Nazirliyinin açıqladığı siyahıyaalmanın nəticələrinə görə, 2025-ci il oktyabrın 1-nə ölkə əhalisi 123 milyon 49 min 524 nəfər təşkil edib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Bu, 2020-ci illə müqayisədə 2,5 faiz azalma deməkdir. Əhali sayında azalma artıq üçüncü siyahıyaalma dövrüdür ki, ardıcıl qeydə alınır. Nazirlik bunu əsasən doğum səviyyəsinin aşağı düşməsi və cəmiyyətin qocalması fonunda ölüm hallarının doğumları üstələməsi ilə izah edir. 47 prefekturadan yalnız ikisində – Tokioda (1,4 faiz) və Okinavada (0,1 faiz) əhali artımı qeydə alınıb. Ən böyük azalma isə Akita (8,1 faiz) və Aomori (7,9 faiz) prefekturalarında müşahidə olunub. MənbəAPA Taglarəhali sayıYaponiya Son xəbərlər Dövlət büdcəsi BVF Azərbaycanın dövlət borcunun 2034-cü ilədək ÜDM-in 20 faizi səviyyəsində qalacağını proqnozlaşdırır 29/05/2026 Kripto valyutalar FTB 8 milyard dollarlıq kriptovalyutanı müsadirə edib 29/05/2026 Xarici biznes xəbərləri ABŞ “Lukoyl”un xarici aktivlərinin satışı üçün lisenziyanın müddətini uzadıb 29/05/2026 Valyuta Trampın təsviri olan 250 dollarlıq əskinasın dizaynı hazırlanır 29/05/2026 Digər xəbərlər Dövlət büdcəsi BVF Azərbaycanın dövlət borcunun 2034-cü ilədək ÜDM-in 20 faizi səviyyəsində qalacağını proqnozlaşdırır 29/05/2026 Kripto valyutalar FTB 8 milyard dollarlıq kriptovalyutanı müsadirə edib 29/05/2026 Xarici biznes xəbərləri ABŞ “Lukoyl”un xarici aktivlərinin satışı üçün lisenziyanın müddətini uzadıb 29/05/2026 Valyuta Trampın təsviri olan 250 dollarlıq əskinasın dizaynı hazırlanır 29/05/2026