ABŞ-da insayder məlumatından Polymarket-də mərc üçün istifadə edən Google əməkdaşı həbs olunub — o, 1.2 milyon dollar udub İnvestisiya 29/05/2026 Paylaş FacebookXWhatsAppTelegram O, 2025-ci ildə Google axtarışında ən populyar şəxsin müğənni D4vd olacağını “tapıb”. Halbuki Polymarket platformasında bu nəticənin ehtimalı az hesab olunurdu. Google-da informasiya təhlükəsizliyi mühəndisi işləyən İtaliya vətəndaşı Mikele Spanyolo 2026-cı il mayın 27-də Nyu-Yorkda həbs olunub. Bu barədə ABC News yazır. İstintaqın məlumatına görə, o, Polymarket-də bir neçə mərc yerləşdirmək üçün “dəyərli məxfi məlumatdan” istifadə edib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Məsələn, Spanyolo 2025-ci ildə Google axtarışında ən populyar şəxsin müğənni D4vd olacağını “proqnozlaşdırıb”. Mərc yerləşdirildiyi vaxt Polymarket-də bu nəticənin ehtimalı “praktiki olaraq sıfır” kimi qiymətləndirilirdi. Google əməkdaşının ümumi uduşu təxminən 1.2 milyon dollar təşkil edib. İstintaq hesab edir ki, Spanyolo gəlirlərinin mənbəyini gizlətmək üçün “məqsədyönlü addımlar” atıb. İtaliya vətəndaşı isə ittihamları qəbul etməyib. Hazırda o, 2.25 milyon dollar girov müqabilində azadlığa buraxılıb. Google bildirib ki, istintaq çərçivəsində hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edir. Şirkət mühəndisi artıq işdən uzaqlaşdırıb. 2026-cı ilin aprelində Nyu-Yorkda ABŞ-ın Venesueladakı əməliyyatı barədə insayder məlumatından istifadə edərək Polymarket-də ticarət edən amerikalı hərbçi də həbs olunmuşdu. TaglarPolymarket Son xəbərlər Xarici biznes xəbərləri LG Çində televizor biznesi olan Hisense-in satışını müzakirə edir — KİV 29/05/2026 İnvestisiya Anthropic 965 milyard dollar qiymətləndirmə ilə 65 milyard dollarlıq investisiya raundunu bağlayıb 29/05/2026 Ölkə xarici İran müharibəsi səbəbindən ABŞ-də inflyasiyanın səviyyəsi artır 29/05/2026 Neft və Qaz Qara dənizin qazı Türkiyəyə 2 milyard dollar qazandırıb 29/05/2026 Digər xəbərlər Xarici biznes xəbərləri LG Çində televizor biznesi olan Hisense-in satışını müzakirə edir — KİV 29/05/2026 İnvestisiya Anthropic 965 milyard dollar qiymətləndirmə ilə 65 milyard dollarlıq investisiya raundunu bağlayıb 29/05/2026 Ölkə xarici İran müharibəsi səbəbindən ABŞ-də inflyasiyanın səviyyəsi artır 29/05/2026 Neft və Qaz Qara dənizin qazı Türkiyəyə 2 milyard dollar qazandırıb 29/05/2026