Qara dənizin qazı Türkiyəyə 2 milyard dollar qazandırıb Neft və Qaz 29/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Qara dənizin “Sakarya” yatağından qaz təchizatı Türkiyəyə mavi yanacağın idxalında 2 milyard dollar qənaət etməyə imkan verib. Türkiyənin tarixində ən böyük dəniz qaz yatağının kəşfi 2020-ci ilin iyul ayında elan edilib, ölkənin qaz paylama sisteminə ilk tədarüklər isə 2023-cü ilin sentyabr ayında həyata keçirilib. 2023-cü ilin sonuna olan məlumata görə, “Sakarya” yatağında 337 milyon kubmetr qaz hasil edilib. Bu rəqəm növbəti il 1,66 milyard kubmetrə, ötən il 3 milyard kubmetrə, bu ilin yanvar-may aylarında isə daha 1 milyard kubmetrə çatıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “Sakarya” yatağının ehtiyatları 785 milyard kubmetr və ya 250 milyard dollar olaraq qiymətləndirilir. Dəniz yatağının istifadəyə verilməsindən bəri Türkiyə artıq bazar dəyəri 2 milyard dollar olan təxminən 6 milyard kubmetr yerli qaz əldə edib. Beləliklə, ölkə xarici təchizatçılardan enerji asılılığını tədricən azaltmağa başlayıb. Rəsmi məlumatlara görə, Türkiyə ötən il 21,2 milyard dollar dəyərində mavi yanacaq alıb. Bunun 43 faizi Rusiyadan, 20 faizi ABŞ-dən, 12 faizi Azərbaycandan, 11 faizi İrandan, 7 faizi Əlcəzairdən və daha 7 faizi digər mənbələrdən olan idxal təşkil edib. MənbəAZƏRTAC TaglarQara dənizSakarya qaz yatağıTürkiyə Son xəbərlər İnvestisiya ABŞ-da insayder məlumatından Polymarket-də mərc üçün istifadə edən Google əməkdaşı həbs olunub — o, 1.2 milyon dollar udub 29/05/2026 Xarici biznes xəbərləri LG Çində televizor biznesi olan Hisense-in satışını müzakirə edir — KİV 29/05/2026 İnvestisiya Anthropic 965 milyard dollar qiymətləndirmə ilə 65 milyard dollarlıq investisiya raundunu bağlayıb 29/05/2026 Ölkə xarici İran müharibəsi səbəbindən ABŞ-də inflyasiyanın səviyyəsi artır 29/05/2026 Digər xəbərlər İnvestisiya ABŞ-da insayder məlumatından Polymarket-də mərc üçün istifadə edən Google əməkdaşı həbs olunub — o, 1.2 milyon dollar udub 29/05/2026 Xarici biznes xəbərləri LG Çində televizor biznesi olan Hisense-in satışını müzakirə edir — KİV 29/05/2026 İnvestisiya Anthropic 965 milyard dollar qiymətləndirmə ilə 65 milyard dollarlıq investisiya raundunu bağlayıb 29/05/2026 Ölkə xarici İran müharibəsi səbəbindən ABŞ-də inflyasiyanın səviyyəsi artır 29/05/2026