BVF Azərbaycanın dövlət borcunun 2034-cü ilədək ÜDM-in 20 faizi səviyyəsində qalacağını proqnozlaşdırır Dövlət büdcəsi 29/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycanın dövlət borcunun növbəti onillik ərzində ümumilikdə ÜDM-in təxminən 20 faizi səviyyəsində sabit qalacağı gözlənilir. Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarında bildirilib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Fondun qiymətləndirmələrinə əsasən, dövlət borcu 2026-cı ildə ÜDM-in 20 faizini təşkil edəcək, 2027-ci ildə 19,9 faizə, 2028-ci ildə 19,8 faizə, 2029-cu ildə isə 19,7 faizə qədər azalacaq. Bundan sonra göstərici 2030-cu ildə yenidən 20 faiz səviyyəsinə qayıdacaq və tədricən artaraq 2031-ci ildə 20,5 faizə, 2032-ci ildə 21,3 faizə, 2033-cü ildə 21,4 faizə, 2034-cü ildə isə 21,9 faizə çatacaq. Müqayisə üçün qeyd edək ki, Azərbaycanın dövlət borcu 2024-cü ildə ÜDM-in 21,6 faizini təşkil edib və 2025-ci ildə 20,1 faizə qədər azalıb. BVF həmçinin Azərbaycanın iqtisadiyyatının 2026-cı ildə 2,2 faiz artacağını, 2027–2031-ci illərdə isə illik artım tempinin 2,5 faiz səviyyəsində sabitləşəcəyini proqnozlaşdırır. Fondun proqnozlarına görə, ölkənin neft sektoru, o cümlədən neft və qaz hasilatı və emalı 2026-cı ildə 2 faiz azalacaq. Bundan sonra azalma tempi 2027–2031-ci illərdə illik 0,5 faiz səviyyəsinə qədər zəifləyəcək. Eyni zamanda BVF qeyri-neft ÜDM-nin 2026-cı ildə 3,7 faiz, 2027-ci ildə isə 3,8 faiz artacağını, 2028–2031-ci illərdə isə illik 3,5 faiz səviyyəsində sabitləşəcəyini gözləyir. MənbəTREND TaglarAzərbaycanın dövlət borcuBeynəlxalq Valyuta Fondu (BVF)ÜDM Son xəbərlər İnvestisiya ABŞ-da insayder məlumatından Polymarket-də mərc üçün istifadə edən Google əməkdaşı həbs olunub — o, 1.2 milyon dollar udub 29/05/2026 Xarici biznes xəbərləri LG Çində televizor biznesi olan Hisense-in satışını müzakirə edir — KİV 29/05/2026 İnvestisiya Anthropic 965 milyard dollar qiymətləndirmə ilə 65 milyard dollarlıq investisiya raundunu bağlayıb 29/05/2026 Ölkə xarici İran müharibəsi səbəbindən ABŞ-də inflyasiyanın səviyyəsi artır 29/05/2026 Digər xəbərlər İnvestisiya ABŞ-da insayder məlumatından Polymarket-də mərc üçün istifadə edən Google əməkdaşı həbs olunub — o, 1.2 milyon dollar udub 29/05/2026 Xarici biznes xəbərləri LG Çində televizor biznesi olan Hisense-in satışını müzakirə edir — KİV 29/05/2026 İnvestisiya Anthropic 965 milyard dollar qiymətləndirmə ilə 65 milyard dollarlıq investisiya raundunu bağlayıb 29/05/2026 Ölkə xarici İran müharibəsi səbəbindən ABŞ-də inflyasiyanın səviyyəsi artır 29/05/2026