Pezeşkian İrana mal idxalı üçün Azərbaycanın imkanlarından istifadə etməyə çağırıb Ölkə xarici 29/05/2026 Paylaş FacebookXWhatsAppTelegram İran Prezidenti Məsud Pezeşkian hökumətə qonşu ölkələrin, o cümlədən Azərbaycanın imkanlarından ölkəyə bir sıra zəruri malların idxalı üçün istifadə etməyi tapşırıb. Pezeşkian bu tapşırığı nazirlərlə və İran Mərkəzi Bankının rəhbəri ilə keçirdiyi müşavirənin yekunları əsasında verib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “Prezident ölkənin şimal limanlarının potensialından maksimum istifadə edilməsinin, alternativ ticarət dəhlizlərinin inkişaf etdirilməsinin, bəzi zəruri malların təmin edilməsi və idxalı üçün qonşu ölkələrin, o cümlədən Azərbaycan, Pakistan və Rusiyanın imkanlarından istifadə edilməsinin vacibliyini vurğulayıb. Ölkə lideri bu sahədə müvafiq sazişlərin həyata keçirilməsinin sürətləndirilməsinə çağırıb”, – məlumatda qeyd olunub. M.Pezeşkian vurğulayıb ki, zərurət yarandıqda o, malların və dərman vasitələrinin tədarükü və daşınması qarşısındakı mümkün maneələrin tez aradan qaldırılması üçün şəxsən qonşu ölkələrin liderləri və regional tərəfdaşlarla məsləhətləşəcək. TaglarAzərbaycan-İranMəsud Pezeşkian Son xəbərlər Ümumi iqtisadi xəbərlər IMF: Azərbaycana qeyri-neft ÜDM-in 1,2–1,6 %-i həcmində illik büdcə tənzimləmələri lazımdır 29/05/2026 Ölkə xarici Ebola virusu yayılır – ÜST sərhədlərlə bağlı xəbərdarlıq edib 29/05/2026 Aqrarbiznes Balıq bazarında bahalaşma gözlənilir 29/05/2026 Ümumi iqtisadi xəbərlər Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 280 ton buğda və 277 ton gübrə göndərilib 29/05/2026 Digər xəbərlər Ümumi iqtisadi xəbərlər IMF: Azərbaycana qeyri-neft ÜDM-in 1,2–1,6 %-i həcmində illik büdcə tənzimləmələri lazımdır 29/05/2026 Ölkə xarici Ebola virusu yayılır – ÜST sərhədlərlə bağlı xəbərdarlıq edib 29/05/2026 Aqrarbiznes Balıq bazarında bahalaşma gözlənilir 29/05/2026 Ümumi iqtisadi xəbərlər Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 280 ton buğda və 277 ton gübrə göndərilib 29/05/2026