IMF: Azərbaycana qeyri-neft ÜDM-in 1,2–1,6 %-i həcmində illik büdcə tənzimləmələri lazımdır Ümumi iqtisadi xəbərlər 29/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycanda ortamüddətli fiskal konsolidasiyanın aparılması nəsillərarası bərabərliyin qorunması və xarici dayanıqlığın möhkəmləndirilməsi baxımından hələ də məqsədəuyğun hesab olunur. Beynəlxalq Valyuta Fondunun (IMF) hesabatına əsasən, qeyri-neft sahəsi üzrə ilkin balansın (NOPD) qeyri-neft ümumi daxili məhsulun (ÜDM) 6-6,5 % səviyyəsində kəsirə endirilməsi gələcək nəsillər üçün real annuitetin sabit həcminin saxlanılmasına şərait yaradardı.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “Bu hədəfə təqribən 10 illik müddət ərzində çatmaq üçün 2026-cı ildən etibarən hər il qeyri-neft ÜDM-nin 1,2-1,6 %-i miqdarında fiskal tənzimləmələrin həyata keçirilməsi zəruridir. Konsolidasiyanın bu cür sürəti hökumətin təsdiqlədiyi və 2029-cu ilədək hədəf göstəricinin qeyri-neft ÜDM-nin 13 %-i səviyyəsinə çatdırılmasını nəzərdə tutan sərt fiskal qaydaya uyğundur”, – hesabatda vurğulanıb. Eyni zamanda, IMF mütəxəssisləri bu qiymətləndirmələrin ciddi qeyri-müəyyənliklərə məruz qaldığını bildiriblər. “Belə konsolidasiya tempinin tətbiqi onu göstərir ki, karbohidrogen qiymətlərinin büdcə proqnozlarında və ortamüddətli vergi-büdcə siyasətində gözləniləndən yuxarı olması sayəsində formalaşan əlavə gəlirlər yığım fonduna yönləndiriləcək. Dövlət borcunun ÜDM-ə nisbətinin mövcud aşağı səviyyəsi ilə yanaşı, nəzərdə tutulan konsolidasiya ümumi suveren stress riskinin azaldılmasına və xarici dayanıqlığın təmin olunmasına töhfə verəcək”, – hesabatda bildirilib. MənbəREPORT TaglarAzərbaycanda ÜDMqeyri-neft Son xəbərlər Ölkə xarici Pezeşkian İrana mal idxalı üçün Azərbaycanın imkanlarından istifadə etməyə çağırıb 29/05/2026 Ölkə xarici Ebola virusu yayılır – ÜST sərhədlərlə bağlı xəbərdarlıq edib 29/05/2026 Aqrarbiznes Balıq bazarında bahalaşma gözlənilir 29/05/2026 Ümumi iqtisadi xəbərlər Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 280 ton buğda və 277 ton gübrə göndərilib 29/05/2026 Digər xəbərlər Ölkə xarici Pezeşkian İrana mal idxalı üçün Azərbaycanın imkanlarından istifadə etməyə çağırıb 29/05/2026 Ölkə xarici Ebola virusu yayılır – ÜST sərhədlərlə bağlı xəbərdarlıq edib 29/05/2026 Aqrarbiznes Balıq bazarında bahalaşma gözlənilir 29/05/2026 Ümumi iqtisadi xəbərlər Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 280 ton buğda və 277 ton gübrə göndərilib 29/05/2026