Azərbaycan şirkətləri üçün İtaliya texnologiyaları və avadanlığına çıxış asanlaşdırılacaq Texnologiya xəbərləri 29/05/2026 Paylaş FacebookXWhatsAppTelegram İtaliyanın Dövlət İxrac-Kredit Agentliyi (SACE) ilə Azərbaycan Biznesin İnkişafı Fondu (ABDF) arasında Azərbaycan şirkətlərinin İtaliya istehsalı olan avadanlıqlara, texnologiyalara, xidmətlərə və nou-hauların əldə etməsi məqsədilə maliyyə həllərinə çıxışın sadələşdirilməsini nəzərdə tutan əməkdaşlıq sazişi imzalanıb. Sənədi agentliyin icraçı direktoru Mikele Pinotti və fondun idarə heyətinin sədri Ülvi Mansurov imzalayıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Əldə olunan razılaşma İtaliya ixracatçılarının, təchizatçılarının, podratçılarının, texnoloji tərəfdaşlarının və maliyyə qurumlarının cəlb edilməsi ilə yeni investisiya layihələrinin həyata keçirilməsinin dəstəklənməsinə istiqamətlənib. Bu tərəfdaşlıq çərçivəsində SACE və Azərbaycan Biznesin İnkişafı Fondu ixrac kreditləşməsi, zəmanət verilməsi, sığorta və maliyyə dəstəyi istiqamətlərində SACE-nin alətlərindən daha geniş və əlçatan şəkildə istifadənin təmin olunması üzrə birgə fəaliyyət göstərməyi planlaşdırır. Eyni zamanda tərəflər İtaliya və Azərbaycan şirkətləri, banklar və yerli qurumlar arasında yeni əlaqələrin formalaşdırılmasına, eləcə də biznes tərəfdaşlarının tapılması istiqamətində tədbirlərin təşkil edilməsinə kömək etməyi planlaşdırır. MənbəREPORT TaglarAzərbaycan-İtaliyaTexnologiya Son xəbərlər Ölkə xarici Tramp İrandan tələblərini açıqlayıb, son qərarını verəcəyini deyib 29/05/2026 Ölkə xarici İslandiya dünyanın ən bahalı ölkəsi seçildi 29/05/2026 Yerli biznes xəbərləri Xocalıda il ərzində 1,4 milyon ədəd tekstil məhsulu istehsal olunacaq 29/05/2026 Karyera Bu qurumlarda çalışanların çoxu qadınlardır – Siyahı 29/05/2026 Digər xəbərlər Ölkə xarici Tramp İrandan tələblərini açıqlayıb, son qərarını verəcəyini deyib 29/05/2026 Ölkə xarici İslandiya dünyanın ən bahalı ölkəsi seçildi 29/05/2026 Yerli biznes xəbərləri Xocalıda il ərzində 1,4 milyon ədəd tekstil məhsulu istehsal olunacaq 29/05/2026 Karyera Bu qurumlarda çalışanların çoxu qadınlardır – Siyahı 29/05/2026